Icma.az
close
up
RU
Hansı spirtli içki ürək üçün daha təhlükəlidir? 340 min nəfərin məlumatları araşdırıldı

Hansı spirtli içki ürək üçün daha təhlükəlidir? 340 min nəfərin məlumatları araşdırıldı

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

340 mindən çox insanın sağlamlıq məlumatları əsasında aparılan araşdırma spirtli içkilərin növü və ölüm riski arasında fərqli əlaqələr olduğunu üzə çıxarıb. Nəticələrə görə, çox miqdarda alkoqol qəbulu bütün hallarda ölüm riskinin artması ilə əlaqələndirilir. Az və orta miqdarda şərab içənlərdə isə fərqli nəticələr müşahidə olunub.

Moderator.az "ScienceDaily" nəşrinə istinadən xəbər verir ki, tədqiqatın nəticələri Amerika Kardiologiya Kollecinin (ACC.26) illik elmi sessiyasında təqdim edilib.

Alimlər 2006–2022-ci illərdə UK Biobank məlumat bazasına daxil edilmiş 340 924 yetkin insanın məlumatlarını araşdırıblar. İştirakçılar 13 ildən çox müddətdə izlənilib.

Araşdırma göstərib ki, çox miqdarda spirtli içki qəbul edənlərdə hər hansı səbəbdən ölüm riski 24 faiz, xərçəngdən ölüm riski 36 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 14 faiz yüksək olub. Bu nəticələr içkinin növündən asılı olmayaraq qeydə alınıb.

Maraqlı məqam isə az və orta miqdarda içki qəbul edənlərlə bağlıdır. Orta dərəcədə şərab içənlərdə ürək-damar xəstəliklərindən ölüm riski nadir hallarda və ya ümumiyyətlə alkoqol qəbul etməyənlərlə müqayisədə 21 faiz aşağı olub. Eyni miqdarda pivə və digər spirtli içki qəbul edənlərdə isə bu riskin 9 faiz artması müşahidə edilib.

Tədqiqatçılar fərqin mümkün səbəbləri arasında şərabın tərkibindəki polifenolları, eləcə də şərab içən insanların qidalanma və həyat tərzi xüsusiyyətlərini göstəriblər. Lakin bu amillərin nəticələrə birbaşa səbəb olduğu sübut edilməyib.

Araşdırmanın müəllifi, professor Zhangling Chen vurğulayıb ki, nəticələr şərabın xəstəliklərdən qoruduğunu təsdiqləmir. Tədqiqat müşahidə xarakteri daşıdığı üçün içkinin növü ilə ölüm riski arasında səbəb-nəticə əlaqəsi müəyyən etmək mümkün deyil.

Alimlər əldə olunan nəticələrin spirtli içki qəbul etməyə başlamaq üçün əsas sayıla bilməyəcəyini bildirirlər. Əsas nəticə isə dəyişmir: alkoqolun yüksək miqdarda qəbulu, növündən asılı olmayaraq, sağlamlıq üçün ciddi risk yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri