CENTCOM komandanı İsrail ordusunun ali rəhbərliyi ilə İranı müzakirə edib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper çərşənbə günü İsrailə səfər edib və İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər yüksək rütbəli hərbçilərlə görüş keçirib.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, görüşün məqsədi iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq və koordinasiyanın davam etdirilməsi, eləcə də İsrail ordusunun ali komandanlığının gələcək fəaliyyət planlarını müzakirə etməsi olub.
Müzakirələrdə, xüsusilə İran ətrafında gərginləşən vəziyyətə diqqət yetirilib.
“The Times of Israel”in hərbi müxbiri Emanuel Fabianın məlumatına görə, Kuperin səfəri iki ölkənin hərbi rəhbərliyi arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir.
Baxış sayı:99
Bu xəbər 18 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















