13 milyon manat üçün fermerlərə yeni vergi yükü?
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İqtisadçı Natiq Cəfərli kənd təsərrüfatı sektorunda vergi güzəştlərinin dəyişdirilməsini tənqid edib.
Gununsesi.info -nun xəbərinə görə, o bildirib ki, kənd təsərrüfatı sahəsində uzun illər qüvvədə olan tam vergi azadolmasının ləğv edilərək 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə 90 faizlik vergi güzəşti mexanizmi ilə əvəzlənməsi nəzərdə tutulur.
İqtisadçının sözlərinə görə, yeni qaydaya əsasən, fermerlərin və aqrar istehsalçıların gəlir və mənfəətinin 90 faizi vergidən azad ediləcək, qalan 10 faizi isə ümumi qaydada vergiyə cəlb olunacaq.
Cəfərli hesab edir ki, güzəştin bu formada dəyişdirilməsi fermerlər üçün əlavə inzibati və maliyyə yükü yaradacaq. Onun fikrincə, yeni mexanizmin tətbiqi nəticəsində 2027-ci ildə dövlət büdcəsinə cəmi 13 milyon manat əlavə vəsait daxil olacaq ki, bu məbləğə görə yüzminlərlə fermerin mürəkkəb vergi prosedurlarına cəlb edilməsi məqsədəuyğun deyil.
“Bu vergi deyil, axı, dilənçilikdir. Cəmi 13 milyon manata görə yüzminlərlə fermeri niyə işə salırsınız? Bu yazıq fermer onsuz da boğulur. İndi də bütün bu qəliz sxemlə yığılacaq qəpik-quruşu hesablamaq, vaxtında vergisini ödəmək üçün mühasibmi tutsun, ona maaşmı versin? Maaşla da olmur, gərək əmək müqaviləsi bağlasın, DSMF-yə ödəniş etsin. Niyə kəndlini bu zülmə məruz qoyursunuz?” – deyə o bildirib.
İqtisadçı qeyd edib ki, hər fermerin ödəyəcəyi illik vergi məbləği orta hesabla cəmi 40 manat təşkil edir. Onun qənaətinə görə, bu qədər kiçik məbləğin toplanması üçün fermerlərin əlavə mühasibat və əmək xərcləri ilə üzləşdirilməsi məntiqsizdir.
Natiq Cəfərli kənd yerlərində əhalinin azalmasına və insanların Abşerona köçməsinə də diqqət çəkib. O hesab edir ki, kənd təsərrüfatı ilə məşğul olan insanların işini asanlaşdırmaq əvəzinə, yeni inzibati tələblərlə çətinləşdirmək düzgün yanaşma deyil.
Cəfərli aqrar sektorda qərar qəbul edənlərin sahənin real problemlərini kifayət qədər bilmədiyini də vurğulayıb. O, kənd təsərrüfatı siyasətinə cavabdeh şəxslərin yanaşmasını tənqid edərək, yeni vergi dəyişikliklərini fermerlər üçün növbəti əlavə yük kimi qiymətləndirib.
“Onsuz da kənd təsərrüfatında qərar verənlər ömürlərində camış görməyənlər, camışa ‘əjdaha’ deyənlərdir. Onların yanaşması kəndlini son illər boğaza yığıb, indi də İqtisadiyyat Nazirliyi vergi ‘müjdəsi’ ilə qapılarını döyür”, – deyə iqtisadçı əlavə edib.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Noyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















