Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Azərbaycan Ordusu artıq dünyanın ən güclüləri arasındadır ŞƏRH

Azərbaycan Ordusu artıq dünyanın ən güclüləri arasındadır ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şahin Seyidzadə: “Azərbaycanın hərbi qüdrətinin memarı Heydər Əliyevdir”

Azərbaycan Ordusunun 108 illiyinin qeyd olunmasına sayılı günlər qalıb. Ordumuzun yaranması xalqımızın dövlətçilik tarixində xüsusi yer tutan şərəfli bir mərhələdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyunun 26-da ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi”ndə də vurğulanırdı ki, Azərbaycan öz müstəqilliyini qorumaq, xarici müdaxilələrdən müdafiə olunmaq və daxili sabitliyi təmin etmək üçün nizami orduya malik olmalı və silahlı qüvvələrini formalaşdırmalıdır.

Bu məqsədlə hökumət tərəfindən 25 min nəfərlik milli ordu yaradılması vəzifəsi qarşıya qoyulub. 1918-ci il avqustun 1-də Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Ardınca dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini vəzifəsinə gətiriliblər.

Qısa müddət ərzində formalaşdırılan Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakının və ətraf bölgələrin erməni-bolşevik işğalından azad olunmasında mühüm rol oynayıb, müxtəlif qiyamların qarşısını aldı və dövlət sərhədlərinin qorunmasını təmin edib. 1919-cu ildə Bakıda keçirilən ilk hərbi parad isə Azərbaycan Ordusunun formalaşmasının simvolik təntənəsinə çevrilib.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan yenidən ordu quruculuğu mərhələsinə qədəm qoyub. Lakin Ermənistanın hərbi təcavüzü və ölkə daxilində yaranmış mürəkkəb siyasi vəziyyət bu prosesə ciddi çətinliklər yaratdı və nəticədə ərazilərimizin 20 faizi işğal olunub.

Belə bir ağır dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetinə çevirib və Azərbaycan Silahlı Qüvvələrinin möhkəm təməllər üzərində inkişafına nail olub.

Milli Məclisin deputatı Şahin Seyidzadə Sherg.az-a bildirib ki, 26 İyun ölkənin müdafiə qüdrətinin, ordunun gücünün və vətənpərvərlik ruhunun təntənə ilə qeyd edildiyi mühüm tarixlərdən biridir. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı bu gün müstəqil dövlətçiliyimizin hərbi-siyasi dayaqlarının möhkəmləndirilməsinin rəmzi kimi xüsusi önəm daşıyır: “Bu tarix dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir. Bu inkişafın əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan əsgərinin yüksək vətənpərvərlik ruhu dayanır. Bildiyiniz kimi 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ölkəmizdə milli ordu quruculuğunun əsasını qoyub. Məhz bu tarixi hadisə sonralar Azərbaycan Respublikasında Silahlı Qüvvələr Gününün qeyd olunmasına hüquqi və tarixi əsas verib. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun rəsmi dövlət bayramı elan edilmiş və hər il xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur”.

Azərbaycanın müasir hərbi qüdrətinin formalaşmasının birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladan Ş.Seyidzadə qeyd edib ki, hələ 1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra Ümummilli Lider hərbi kadr hazırlığına xüsusi önəm verib, bu sahədə məqsədyönlü və uzaqgörən siyasət həyata keçirib: “Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmış, minlərlə azərbaycanlı gəncin hərb sənətinə yiyələnməsi üçün geniş imkanlar açılmışdır. Həmin dövrdə yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi gələcək milli zabit korpusunun formalaşdırılmasına xidmət edib. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ciddi təhlükələrlə üzləşib. Ermənistanın hərbi təcavüzü, ölkədaxili siyasi böhran və hakimiyyətdə olan qüvvələrin səriştəsiz fəaliyyəti nəticəsində nizami ordu formalaşdırıla bilməyib. Ayrı-ayrı silahlı dəstələrin mövcudluğu dövlətçiliyi təhlükə altına salıb. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətinə çevirib.

1993-cü ildən etibarən nizami ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Başıpozuq silahlı birləşmələr ləğv edilib, vahid komandanlıq sistemi yaradıldı, hərbi hissələrdə nizam-intizam gücləndirilib. 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və hərbi təhsil sisteminin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub, beynəlxalq hərbi əməkdaşlıq genişləndirildi. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusu müasir standartlara uyğun inkişaf etməyə başlayıb. Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak edən hərbçilərimiz zəngin beynəlxalq təcrübə qazadıblar”.

Deputat hesab edir ki, 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, sonrakı dövrlərdə hərbi təhsil müəssisələrinin yenidən təşkili milli hərbi kadr potensialının daha da gücləndirilməsinə şərait yaradıb:

“Beləliklə, Azərbaycanın müstəqil və peşəkar ordu modelinin əsasları formalaşdırılıb. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı hər zaman bəyan edib ki, ordu quruculuğu ölkə qarşısında duran ən vacib məsələlərdən biridir. Son illərdə müdafiə xərclərinin dəfələrlə artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması və yerli istehsal imkanlarının genişləndirilməsi bunun bariz nümunəsidir.

Azərbaycanın hərbi sənaye kompleksi artıq minlərlə adda hərbi məhsul istehsal edir. Yerli müəssisələrdə istehsal olunan müasir silahlar, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər hərbi vasitələr Ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirib. Cəmi dörd gün ərzində əldə olunan uğurlar göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadirdir. 2018-ci ildə Günnüt əməliyyatı isə ordumuzun peşəkarlığını və yüksək hazırlıq səviyyəsini bir daha təsdiqlədi.

Azərbaycan Ordusunun qüdrətinin ən böyük təzahürü isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində özünü göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və yüzlərlə kəndi azad edərək Ermənistan ordusunu məğlubiyyətə uğratdı. Şuşa şəhərinin azad olunması isə müharibənin taleyini həll edən əsas amillərdən biri oldu.

2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Azərbaycan Ordusunun yüksək peşəkarlığını və texnoloji üstünlüyünü bir daha nümayiş etdirdi”.

Ş. Seyidzadənin fikrincə,bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, həm də dünyanın ən güclü silahlı qüvvələri sırasında yer alır: “Ordumuzun əldə etdiyi uğurların əsasında xalq–iqtidar–ordu birliyi, yüksək vətənpərvərlik ruhu və dövlət rəhbərliyinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət dayanır.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqı öz Ordusunun keçdiyi şərəfli yola nəzər salaraq qürur hissi keçirir. Bu ordu Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində formalaşmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə zəfər tarixini yazmış və dövlətimizin müstəqilliyinin ən etibarlı təminatçısına çevrilib”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri