Icma.az
close
up
RU
Azərbaycan Ordusu həmin vaxt Ermənistanın zəif tərəfini tapdı Əməliyyat

Azərbaycan Ordusu həmin vaxt Ermənistanın zəif tərəfini tapdı Əməliyyat

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“2016-cı ilə qədər Ermənistanla aparılan danışıqlar nəticəsiz qalmışdı. İşğal etdiyi ərazilərdən faktiki olaraq çıxmaq niyyəti yox idi və bunu açıq şəkildə bildirirdilər. Həmin dövrdə prosesə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də mövqeyi belə idi. Əsas niyyət danışıqlar prosesini qeyri-müəyyən vaxta qədər uzadaraq Azərbaycanı işğalla barışmağa razı salmaqdan ibarət idi. Azərbaycan isə bu mövqeyi qəbul etmirdi. Öz hərbi potensialını davamlı şəkildə artıraraq, uyğun bir zamanda ərazilərin güc yolu ilə azad olunması variantı üzərində işləyirdi. Yəni siyasi yol nəticəsiz qaldığı üçün ikinci variantdan istifadə olundu”.

Bu fikirləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, Aprel döyüşləri Ermənistanın təxribatlarına cavab olaraq başladı:

“Bu, Azərbaycan Ordusunun potensialını göstərmək və döyüş qabiliyyətinin səviyyəsini ortaya qoymaq üçün vacib idi. Gözləntilər özünü doğrultdu. Ordumuz çox şişirdilən “Ohanyan səddi”ni qısa müddətdə yarıb keçməyə nail oldu. İki min hektardan artıq ərazi, o cümlədən strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Bu, Azərbaycan Ordusunun gələcək əməliyyatları üçün yeni imkanlar yaratdı. Rəsmi Bakı ilk dəfə PUA-lardan istifadə edərək müharibə apardı. Müasir standartlarla aparılan savaş həm də yenilik hesab olunurdu. O dövrdə Güney Qafqazda kifayət qədər ciddi təsir imkanlarına sahib olan Rusiyanın vasitəçiliyi ilə döyüşlər 4 gün sonra dayandı.

Oqtay Qasımov

Bu əməliyyatın davam etdirilməməsinin əsas səbəbi, Azərbaycan tərəfinin ermənilərin zəif tərəfini müəyyənləşdirməsi və gələcək əməliyyatlar üçün təcrübə qazanması idi. Dörd günlük əməliyyatlarla Ermənistan və tərəfdaşlarına mesaj verildi. Rəsmi İrəvanı danışıqlar masasına gətirərək, Azərbaycan ərazilərini boşaltmaq üçün şans tanıdı. Lakin İrəvan bu şansı növbəti dəfə uzatmaq üçün addımlar atdı və bunun nəticələri də məlumdur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri