Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

“Qarabağ”ı aparan təyyarə 7 saat göydə qalacaq KONKRET

“Qarabağ”ı aparan təyyarə 7 saat göydə qalacaq KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın İngiltərəyə yola düşəcəyi vaxt bəlli olub.

KONKRET.az Qol.az-a istinadən xəbər verir ki, klub yanvarın 26-da Liverpula yola düşəcək. Bakıdan çarter reysi ilə uçuş saat 15:00-a nəzərdə tutulub. “Qarabağ”ı yetərincə uzun yolçuluq gözləyir – düz 7 saat.

Bu arada “Liverpul”un baş məşqçisi Arne Slotun komandadakı gələcəyi haqda ziddiyyətli xəbərlər var. İspaniyanın “AS” nəşri xəbər verir ki, komandanın qeyri-sabit çıxışı niderlandlı mütəxəssisin üzərindəki təzyiqi getdikcə artırır. Çempionlar Liqasında Marseldə qazanılan son qələbəyə (3;0) baxmayaraq, “Liverpul” azarkeşlərinin öz komandalarını fitə basması vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Xüsusilə bu narazılıq Arne Slot üçün əlavə təzyiq yaradır. Premyer Liqada titul uğrunda mübarizənin çox erkən itirilməsi və Çempionlar Liqasında hələ də ilk 8-lik uğrunda mübarizə aparılması komandanın ümumi mənzərəsini ağırlaşdırır.

“Liverpul” Premyer Liqada ardıcıl 4 heç-heçə edib – “Lids”, “Fulhem”, “Arsenal” və “Bernli” ilə oyunlarda qələbə qazana bilməyib. Bu, klub üçün 2008-ci ildən bəri ilk belə seriyadır. Hazırda “qırmızılar” 36 xalla 4-cü yerdədir və ən yaxın izləyiciləri “Mançester Yunayted” (35 xal) və “Çelsi” (34 xal)la fərq minimaldır. 2026-cı ildə keçirilən 5 oyundan yalnız biri – İngiltərə Kubokunda “Barnsli”yə qarşı matç qələbə ilə başa çatıb.

“Bernli” ilə oyundan sonra “Enfild”də yaşanan etirazlara komandanın kapitanı Vircil van Deyk də münasibət bildirib və azarkeşlərin narazılığını başa düşdüyünü deyib. Arne Slot isə bunu fit yox, məyusluq kimi dəyərləndirib və azarkeşlərin hisslərini anladığını vurğulayıb. Mətbuatda yazılanlara görə, “Real Madrid”in Xabi Alonsonu istefaya göndərməsi Arne Slot üçün vəziyyəti daha da çətinləşdirib. İspan mütəxəssisin adı “Liverpul” daxil olmaqla bir neçə böyük klubla hallanır. Xabi Alonso futbolçu kimi “Liverpul”da 5 mövsüm keçirib və “Enfild”lə güclü bağlara malikdir. Onun “Real”dakı qısa müddətli uğursuzluğu isə reputasiyasına ciddi zərər vurmayıb.

“Liverpul” hər növbəti xal itkisi ilə birlikdə Xabi Alonso ilə bağlı söz-söhbətlər daha da güclənəcək. Arne Slot bu müzakirələri yalnız nəticələrlə susdura bilər.

Hazırda əsas məqsəd Çempionlar Liqasında 1/8 finala yüksəlməkdir.

Bu səbəbdən Arne Slotun mövsümün sonuna qədər vəzifəsində qalacağı gözlənilir. Lakin gələn mövsüm üçün eyni şeyi demək çətindir. Klub daxilində belə bir fikir formalaşıb ki, Xabi Alonso gec-tez “evinə” – “Enfild”ə qayıda bilər.

Yeri gəlmişkən, “Liverpul”un kapitanı Vircil van Deyk Çempionlar Liqasının Liqa mərhələsinin son – 8-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb. UEFA-nın saytı xəbər verir ki, ilk 8-likdə qalmağın vacibliyini vurğulayan 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:

“Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox vacibdir. Çünki pley-off mərhələsini buraxmış olursan və bu da hazırda keçdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək. Gələn həftə yenə hər şey bizdən asılı olacaq. Evdə oynayacağıq. Gəlin, ilk 8-likdə yer alacağımızdan əmin olaq. Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır. Amma həlledici məqam gələn həftədir”.

Qeyd edək ki, hazırda tunir cədvəlində “Liverpul” 15 xalla 4-cüdür. 10 xala malik “Qarabağ” 18-cidir. “Liverpul” – “Qarabağ” görüşü yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Yanvar 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri