Icma.az
close
up
RU
Azərbaycan “orta güc” adlandırılmağın tam haqqını verir

Azərbaycan “orta güc” adlandırılmağın tam haqqını verir

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Dünyada baş verən hadisələr göstərir ki, dövlətlərin hərbi, siyasi və iqtisadi baxımdan güclü olması kifayət deyil. Eyni ilə bu komponentlər qədər yumşaq güc baxımından da dövlət güclü olmalı, beynəlxalq münasibətlər sistemində gedən hadisələrə adekvat cavab verməyi bacarmalı, habelə müasir tendensiyalardan da geri qalmamalıdır.

Cənab Prezident İlham Əliyev bu mənada kompleks siyasət həyata keçirir. Yürüdülən hərtərəfli siyasətin nəticəsidir ki, Azərbaycan informasiya sahəsində də uduzan, geridə qalan və yaxud reaksiya verən tərəf deyil. Azərbaycan proseslərə istiqamət verən, ölkəmizlə, regionumuzla bağlı müfəssəl, korrekt, habelə etibarlı informasiya təqdim edən tərəfdir.

Bu mənada məhz cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizlə bağlı, regionumuzla bağlı məsələlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması etibarlı xəbər mənbəyi baxımından da son dərəcə mühüm əhəmiyyət kəsb edir. Məhz elə bunun məntiqi nəticəsidir ki, Şuşada baş tutan IV Qlobal Media Forumunda müzakirə edilən məsələlər dünyanın nüfuzlu xəbər agentliklərinin başlıqlarına çıxarılır.

Dövlət başçımızın hər bir suala verdiyi cavablar ayrı-ayrılıqda təhlil edilir. Çünki bu istiqamətdə cənab Prezident sadəcə Azərbaycanın xarici siyasət istiqamətlərini açıqlamadı, Azərbaycanın gələcək vizyonunu aydınlaşdırmadı. Daxildə gedən bərpa-quruculuq işlərinə nəzər yetirməklə, həm də qlobal mesajlar verdi.

Şimala, Cənuba, Şərqə və Qərbə olmaqla dörd istiqamətdə, demək olar ki, dövlət başçımız prosesləri nəzarətdə saxlamağı bacardı. Məhz buna görədir ki, Azərbaycana artan marağın şahidiyik. Verilən hər bir sualda Azərbaycan Liderinin yüksək şəxsi və peşəkar xüsusiyyətlərinə diqqət çəkilir, Azərbaycanın uğur formulu haqqında öyrənməyə çalışırdılar.

Dövlət başçımız sərhədlər boyu təhlükəsizlik məsələlərinə toxunarkən, həm də müharibələri dayandırmağa çağırış etdi və bildirdi ki, sülhün əldə olunması mümkündür. Yetər ki, bu, icra mərhələsinə keçsin və burada niyyət olsun.

Elə buna görə idi ki, Azərbaycan illər ərzində sülhdə maraqlı olduğunu bildirirdi. Və qeyd edirdi ki, konstruktiv şəkildə torpaqlarımızdan işğalçıları çəkin. Bunun əksinə nə edirdilər? Ermənistana təzyiq etmirdilər. Tam əksinə, Qarabağ kartını həm Şimalda, həm də Qərbdə əllərində alət edərək regiona təzyiq edirdilər. Bu təzyiq sadəcə Azərbaycanla məhdudlaşmırdı. Qarabağ kartından lazım olanda Ermənistan üçün də istifadə edilirdi.

Necə ki, yaxın keçmişdə qondarma soyqırımı məsələsini də yenidən alətə çevirməyə çalışırdılar. Bu baxımdan həm ictimai rəyin formalaşdırılmasında, həm də beynəlxalq auditoriyanın məlumatlandırılmasında bu Forumun xüsusi əhəmiyyəti mövcuddur.

Həmin Forumda Yaxın Şərqdəki proseslərə bir daha nəzər yetirildi ki, təbii ki, praqmatik siyasət yürüdülməsə, dünyanın istənilən nöqtəsində potensial münaqişə ocaqları var ki, aqibəti məhz Yaxın Şərqdəki kimi olsun.

Bu baxımdan yürüdülən siyasət son dərəcə önəmlidir. Artıq Azərbaycan enerji resurslarını Avstriyaya və Almaniyaya ixrac etməklə özünü premium bazarlarda göstərir. Bu isə rəqabət baxımından Azərbaycanın önə keçdiyindən xəbər verir.

Dövlət başçımız ABŞ ilə Azərbaycan arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını söylədi və münasibətlərimizi əla olaraq xarakterizə etdi. Bu, son dərəcə əhəmiyyətli fikirlər idi. Deməli, bunun üçün əsas mövcuddur. Çünki Bayden hakimiyyəti dönəmində formal məktublaşmadan o yana hər hansı bir nəticə yox idi.

Beynəlxalq Məhkəmənin keçmiş hakimi Okamponun əməllərini də dövlət başçımız qəti şəkildə pislədi. Avropa diplomatiyasının əvvəlki rəhbəri Borrell münasibətləri tamamilə qırılma nöqtəsinə gətirmişdi. Məhz elə zamanında formalaşdırılan həmin münasibətlərin nəticəsidir ki, laxlayan məsələləri yerinə oturtmaq son dərəcə çətindir.

Hər nə qədər qarşı tərəfdən, Avropa Şurası Parlament Assambleyasından Azərbaycana qarşı məsələləri yenidən nəzərdən keçirməklə bağlı çağırışlar olsa da, əməldə heç bir addım yoxdur. Əgər biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişiksə, təbii ki, tam legitim haqqımız var ki, onların da qərarlarını tanımayaq.

Dövlət başçımız diqqətçəkən bir açıqlama etdi ki, nəinki AŞPA-da üzvlüyümüzü dondurmağı, hətta həmin institutdan tam çıxmağı da nəzərdən keçiririk. Bunu isə mən çağırış kimi xarakterizə edərdim. O baxımdan ki, məhz AŞPA-nın atdığı addımlar bu məsələni nəzərdən keçirməyimizə çağırır.

Məlum oldu ki, Avropa Şurasının Baş katibi Alen Berse bununla bağlı dövlət başçımızdan xahiş də edib. Azərbaycanla ultimatum dilində danışmaq yolverilməzdir.

Cənab Prezident İlham Əliyevin nümunəvi fəaliyyəti həm regiona sülh gətirir, həm də regiondan kənarda atdığımız addımlar son dərəcə konstruktiv addımlardır, əməkdaşlığa söykənir.Azərbaycan qazı Suriyaya gedib çatırsa, Yaxın Şərqi isidirsə və bu istiqamətdə Suriyadan sonra Azərbaycandan da qaz almaq istəyən aktorlar varsa, deməli, Azərbaycan tutduğu yola sadiqdir və “orta güc” adlandırılmağın tam haqqını verir.

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 İyul 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri