Icma.az
close
up
RU
Azərbaycan yalnız siyasi sabitliyini deyil, həm də coğrafi bütövlüyünü təmin etdi MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan yalnız siyasi sabitliyini deyil, həm də coğrafi bütövlüyünü təmin etdi MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qurtuluş Günü — 1993-cü il iyunun 15-i — Azərbaycan tarixində təkcə bir siyasi dönüş nöqtəsi deyil, eyni zamanda müstəqil dövlətçiliyin yeni mərhələsinin başlanğıcıdır. Bu tarixdən etibarən Azərbaycanın inkişaf tarixində keyfiyyətcə yeni bir səhifə açıldı. 1991-ci ildə bərpa olunmuş müstəqillik ilk mərhələdə məzmunsuz və strukturlaşmamış bir müstəqillik idi. Dövlət idarəçiliyi zəif idi, iqtisadi sistem dağınıq, sosial-siyasi sabitlik isə pozulmuş vəziyyətdə idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, lakin 1993-cü ilin iyununda baş vermiş tarixi dönüşlə — Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə — bu vəziyyət dəyişməyə başladı: "Azərbaycanın dövlət strukturları formalaşdı, sabitlik təmin edildi, iqtisadiyyatın əsaslı islahatlara cəlb olunması üçün vacib mexanizmlər quruldu. Ölkənin təbii sərvətlərinin dünya bazarına çıxarılması üçün neft strategiyası formalaşdı və reallaşdırıldı. İnfrastruktur layihələri həyata keçirildi, milli valyuta ehtiyatları yaradıldı və ən önəmlisi — güclü və peşəkar ordu quruculuğu başlanıldı.

Bu dövrdən sonra Azərbaycanın inkişaf modeli müəyyən olundu: sabitlik, iqtisadi yüksəliş, beynəlxalq tərəfdaşlıqlar və milli maraqların qorunması əsasında formalaşan müstəqil dövlətçilik fəlsəfəsi".

Siyasi ekspert qeyd edib ki, bu gün tam əminliklə demək olar ki, 1993-cü ilin iyununda başlanan prosesin ən böyük və strateji uğurlarından biri — Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsidir: "2020-ci il Vətən Müharibəsində əldə edilən tarixi Qələbə və işğal altındakı torpaqların azad olunması da məhz o təməl üzərində mümkün oldu.

Əslində bizim suverenliyimiz uğrunda real və nəticəverici mübarizə 1993-cü ilin iyunundan sonra başlandı. Bu mübarizə Azərbaycanın yalnız siyasi sabitliyini deyil, həm də coğrafi bütövlüyünü təmin etdi. Bu gün Azərbaycan artıq öz taleyini özü müəyyən edən, müstəqil qərarlar qəbul edən, regionda söz sahibi olan güclü dövlətdir.

Qurtuluş Günü — təkcə keçmişin deyil, həm də bu günümüzün və gələcəyimizin əsasını təşkil edən dönüş nöqtəsidir"- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri