Icma.az
close
up
RU
Türkmənbaşı sammiti: Azərbaycan, Özbəkistan və Türkmənistanın Orta Dəhlizdə yeni əməkdaşlıq dövrü RƏYLƏR

Türkmənbaşı sammiti: Azərbaycan, Özbəkistan və Türkmənistanın Orta Dəhlizdə yeni əməkdaşlıq dövrü RƏYLƏR

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan, Türkmənistan və Özbəkistan bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarını nəzərə alma prinsipləri əsasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini qarşıya qoyub.

Avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitdə qəbul olunan birgə bəyanatda əməkdaşlığın gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması vacib hesab olunub.

Tərəflər dövlətlərin işgüzar dairələri arasında birbaşa əlaqələrin, eləcə də sərgilər və biznes forumlarının təşkilinin əhəmiyyətini vurğulayıblar. Sammit iştirakçıları nəqliyyat əlaqələrinin möhkəmləndirilməsini, birgə layihələrin hazırlanmasını və həyata keçirilməsini dəstəkləyiblər.

İstehsal və sənaye sahələrində əməkdaşlıq da diqqət mərkəzində olub. Prezidentlər İlham Əliyev, Şavkat Mirziyoyev və Qurbanqulu Berdıməhəmmədov tekstil, kimya, tikinti və digər sahələrdə birgə müəssisələrin yaradılması ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq qurmağı hədəfləyiblər.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, Özbəkistan iqtisadiyyatına və əhali sayına görə Orta Asiya ölkələri arasında birinci yerdə dayanır:

“Hazırda ölkənin yeni iqtisadi resursları üzə çıxmaqdadır. Bu istiqamətdə Azərbaycanın SOCAR şirkəti ilə Özbəkistan arasında əməkdaşlıq da mövcuddur. Ona görə də Özbəkistan böyük iqtisadi potensiala və resurslara malik ölkədir. Sevindirici haldır ki, Azərbaycan–Özbəkistan qardaşlıq münasibətləri getdikcə daha da dərinləşir.

Digər tərəfdən, Özbəkistan Orta Asiyanın ən sənayeləşmiş ölkələrindən biridir. Avtomobil sənayesindən tutmuş digər sahələrə qədər geniş istehsal müəssisələri mövcuddur. Aqrar-sənaye müəssisələrinin fəaliyyəti də ölkənin böyük ixrac potensialına sahib olduğunu göstərir”.

Deputatın fikrincə Özbəkistan Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni Orta Dəhliz – İpək Yolunun orta marşrutu üzrə mühüm tranzit ölkəyə çevrilə bilər:

“Hazırda Əfqanistan, Pakistan və Çindən gələn yüklərin bir hissəsi Özbəkistan və Türkmənistan üzərindən Xəzər dənizi vasitəsilə Qərbə daşınır. Üstəlik, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi də başa çatmaq üzrədir.

Bu regional əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinə xüsusi əhəmiyyət qazandırır. Əgər bu əməkdaşlığa Türkmənistan da qoşularsa, kommunikasiya və tranzit imkanları daha da genişlənəcək.

Bütün bunlar Azərbaycan–Özbəkistan münasibətlərinin strateji baxımdan nə qədər önəmli olduğunu bir daha sübut edir. Həm ikitərəfli, həm də çoxtərəfli – o cümlədən üçtərəfli platformalarda əməkdaşlıq perspektivləri mövcuddur”.

Hikmət Babaoğlu hesab edir ki, bu, strateji əhəmiyyətli perspektivdir və hər iki ölkənin siyasi mövqeyi bu imkanların inkişafı və reallaşdırılması üçün əlverişli zəmin yaradır.

Gununsesi.info-ya açıqlamasında Turan Elmlər Akademiyasının akademiki, Beynəlxalq Turan Yazıçılar Birliyinin üzvü, professor Səxavət Ociyev bildirib ki, Türkmənbaşıda Azərbaycan, Özbəkistan və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən görüş xüsusi əhəmiyyət kəsb edir:

“Bu görüş, əslində, Türk Dövlətləri Birliyinin əsasını təşkil edən proseslərin mühüm mərhələsidir. Birliyin davamı olaraq formalaşan kommunikasiya xətti isə İpək Yolunun müasir qolu kimi strateji əhəmiyyət daşıyır. Marşrut Türkiyədən başlayaraq Azərbaycan, Türkmənistan, Özbəkistan və Orta Asiya üzərindən Çinə qədər uzanır. Əks istiqamətdə isə Çindən Orta Asiya, Özbəkistan, Türkmənistan və Azərbaycan vasitəsilə Türkiyəyə, ordan da Avropaya çıxış imkanı yaradır.

Tarixi köklərə söykənən, uzun illər ərzində Türk dövlətləri arasında formalaşmış elmi, mədəni, dostluq və qardaşlıq əlaqələrinin bu gün iqtisadi müstəvidə daha da möhkəmlənməsi olduqca mühüm hadisədir. Ən önəmlisi isə bu kommunikasiya xətti vasitəsilə hər bir dövlət və xalq öz maraqlarını təmin etməklə dünyaya daha geniş açılış əldə etmiş olur”.

Səxavət Ociyev hesab edir ki, əməkdaşlıq davamlı və ardıcıl olmalıdır.

“Arzu edirəm ki, bu proses bütün xalqlarımız, xüsusilə də Azərbaycan xalqı üçün faydalı və xeyirli nəticələr versin. Bu yolda prezidentlərimizə güc və uğur, xalqlarımıza isə ümidverici gələcək və səmərəli əməkdaşlıq diləyirəm”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri