Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir

Azərbaycan Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib, 10 Avropa dövləti Azərbaycandan təbii qaz alır və digər dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənməkdədir.

Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.

İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi” sənədi xüsusilə seçilir.

Bu gün iki ölkə arasında mədəni və humanitar sahədə əlaqələr davamlı şəkildə inkişaf etdirilir. Hər iki ölkədə qarşılıqlı diaspor fəaliyyətləri, təhsil mübadiləsi, birgə sərgilər və teatr tamaşaları təşkil olunur. 2023-cü ildə Səmərqənddə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda yaradılan Özbəkistan Mədəniyyət Evi xalqlar arasında bağları daha da gücləndirir.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir.  Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir.  Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.

Bütün bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında toxunub. Cənab Prezident qeyd edib ki, “bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib. Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.

Son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Sonda belə nəticəyə gəlmək olar ki, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. 

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri