Azərbaycan Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib FOTO
Icma.az, Sia Az saytına istinadən bildirir.
Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti "Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları"nda iştirak etmək məqsədilə Özbəkistan Respublikasında səfərdə olub.
Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi müzakirə edilib.
Səfər çərçivəsində, həmçinin Çimqan Dağçılıq Təlim Mərkəzi ziyarət olunub.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da cəlb olunduğu "Dağ döyüşçüsü kursu"nun buraxılış mərasimində iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 05 Sentyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















