Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan işbirliyi regional təhlükəsizliyə mühüm töhfədir Deputat

Azərbaycan Özbəkistan işbirliyi regional təhlükəsizliyə mühüm töhfədir Deputat

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə regionda formalaşan yeni geosiyasi reallıqların dərin təhlilini nümayiş etdirir. Bu müsahibə, həmçinin artıq Türk dünyasını birləşdirən geniş əməkdaşlıq modelinin əsas istiqamətlərini ortaya qoyur. Sözügedən məsələlər yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də Mərkəzi Asiya və Xəzər hövzəsində strateji tərəfdaşlığın gələcəyini aydın şəkildə təcəssüm etdirir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi kökləri, mədəni irsi və etnik yaxınlığı ilə böyük bir geosiyasi məkanı formalaşdırır.

"Xəzər dənizi hər iki tərəfin fiziki sərhədlərini ayırsa da, əslində, bu regionun ən mühüm birləşdirici amilidir. Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə dövlət başçısının üçüncü dəfə iştirakı da bu əməkdaşlığın ardıcıl və uzunmüddətli siyasi xəttə çevrildiyini göstərir. 

Son illər ərzində qarşılıqlı çoxsaylı dövlət səfərləri artan dinamika ilə inkişaf edən münasibətlərin real yüksəlişindən xəbər verir. Həm Bakıda, həm də Daşkənddə imzalanan sənədlər – Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri gələcək əməkdaşlıq üçün yol xəritəsini müəyyən edir. Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək xüsusi minnətdarlıqla qeyd olunur. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası həm humanitar həmrəylik, həm də qardaş ölkənin siyasi dəstəyinin təzahürüdür. Müsahibədə dövlətimizin başçısı “Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik”, - deyə vurğulayıb. Azərbaycan və Özbəkistan tərəfindən yaradılmış Ali Dövlətlərarası Şura münasibətlərin institusional əsasda inkişafına xidmət edən əsas mexanizmlərdən biridir.

2025-ci ilin ilk doqquz ayı üzrə göstəricilər bu tempin davam etdiyini nümayiş etdirir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, ticarət donanması və beynəlxalq hava limanları Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu gücləndirir. Zəngəzur dəhlizinin açılması isə bütün Mərkəzi Asiya üçün yeni nəqliyyat alternativləri və iqtisadi üstünlüklər vəd edir. Energetika sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin strateji vasitələrindən biridir. SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarını ixrac etməsi, neft-qaz texnologiyaları üzrə birgə müəssisənin fəaliyyəti və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji inteqrasiyası layihələri regionun enerji təhlükəsizliyinə və yaşıl enerji strategiyasına yeni perspektivlər açır. 2024-cü ildə imzalanan sazişlər enerji sistemlərinin qarşılıqlı inteqrasiyasına, bərpaolunan mənbələr üzrə əməkdaşlığa və ümumi enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə ikitərəfli əlaqələr çərçivəsini aşaraq daha geniş regional əməkdaşlıq modelinin mühüm dayağına çevrilib. Bu müttəfiqlik həm Türk Dövlətləri Təşkilatı daxilində, həm də Mərkəzi Asiya və Xəzər regionunda birliyə, inteqrasiyaya və sabitliyə yeni təkan verir. Prezident İlham Əliyevin Özbəkistana qarşıdakı səfəri ilə bağlı ifadə etdiyi fikirlər isə dost ölkənin dinamik inkişafına verilən yüksək dəyərin və sarsılmaz həmrəyliyin növbəti təsdiqidir. Hər iki ölkədə həyata keçirilən islahatlar, müasirləşmə və modernləşmə prosesləri regionda yeni inkişaf modelinin formalaşdığına işarə edir". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri