Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycan Özbəkistan media məkanlarının ortaq hədəfləri

Azərbaycan Özbəkistan media məkanlarının ortaq hədəfləri

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dürüst, operativ informasiya, peşə etikası və süni intellektdən ehtiyatlı istifadə

II Azərbaycan–Özbəkistan Media Forumunda müzakirə olunan mövzuların coğrafiyası mediada peşəkarlıq, rəqəmsal transformasiya dövründə jurnalistika, süni intellektdən yararlanmağın müsbət və mənfi tərəfləri, etik prinsiplərin gözlənilməsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi kimi aktual məsələləri əhatə edirdi.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində Özbəkistan rəsmiləri, hər iki ölkənin media rəhbərləri və jurnalistlər iştirak edirdilər. Məclis çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər”, "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" və digər mövzularda müzakirələr aparıldı, fikir mübadiləsi edildi.

“Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı, sadəcə, iki ölkənin mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər”. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov forumdakı çıxışı zamanı dedi. Onun sözlərinə görə, son onillikdə qlobal informasiya məkanında baş verən proseslər medianın mahiyyətini tamamilə dəyişib: “İnformasiyanın istehlak forması sürətlə rəqəmsallaşır, sosial şəbəkələr və onlayn platformalar informasiya mübadiləsinin əsas kanallarına çevrilir. Rəqəmsal transformasiya medianın operativliyini artırmaqla yanaşı, həm də onun qarşısına yeni məsuliyyətlər qoyur. Burada əsas məsələ informasiya bolluğunda dürüst, obyektiv və etibarlı xəbərin təmin edilməsidir”.

Azərbaycan mediasında son illər dövlətin dəstəyi ilə rəqəmsallaşma istiqamətində ciddi islahatların həyata keçirildiyini forum iştirakçılarının diqqətinə çatdıran MEDİA rəhbəri süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həllinin günün vacib çağırışları sırasında dayandığını bildirdi: “Yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır. Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda, daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır”.

Bu həssas və aktual məsələyə Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov öz çıxışında toxundu. O qeyd etdi ki, süni intellekt texnologiyaları mediaya geniş fürsətlər yaratmaqla yanaşı, ciddi təhlükələr də törədə bilər: “Çünki sürətlə yayılan məlumatların hansı səviyyədə həqiqətə uyğun olmasını müəyyənləşdirmək getdikcə çətinləşir. Məhz buna görə də informasiya təhlükəsizliyinin təmin edilməsi müxtəlif sahələrdə əməkdaşlıq və birgə fəaliyyət tələb edir”. Azərbaycan və Özbəkistan arasında media sahəsində sıx əlaqələrin olduğunu diqqətə çatdıran X.Salimov hər iki ölkənin bu sahədə fəaliyyətini əks etdirən yol xəritəsini və ona uyğun olaraq son bir neçə ildə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.

Fasilə zamanı jurnalistlərin sualını cavablandıran Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirdi ki, forumda peşəkarlıq müstəvisində davamlı olaraq rəqəmsal transformasiya və media məsələləri müzakirə olunur: “Burada hər iki ölkənin rəsmi media qurumlarının rəhbərləri, beynəlxalq səviyyəli ekspertləri iştirak edirlər. Tədbirdə jurnalistikanın qarşısında duran rəqəmsal mühitdə vacib məsələlərə toxunulur”.

***

Forumun davamında Özbəkistan Milli Media Assosiasiyasının baş direktoru Abduaziz Abutolipov çıxışında bu gün təhlükəsizliyin yalnız sərhədlərin qorunması deyil, ilk növbədə, məlumatların qorunması olduğunu dedi: “İnformasiya iqtisadiyyatın, siyasətin, beynəlxalq münasibətlərin üzərində dayanan etibardır. Etibarın çökdüyü yerdə hər şey məhv olur. Buna görə informasiya təhlükəsizliyi yalnız texnologiya haqqında danışmaq deyil, mədəniyyət, dəyər və gələcək haqqında düşünməkdir”.

Media Forumunun panel iclaslarında müzakirə olunan mövzulardan biri jurnalistlərin etik məsuliyyəti idi. Azərbaycanlı və özbəkistanlı jurnalistlər çıxışlarında bu həssas məsələni xüsusi vurğu ilə qeyd etdilər. Onların fikrincə, bütün dövrlərdə, qələm və dəftərlə işlədikləri keçmiş zamandan etibarən jurnalist etikası hər zaman bu peşənin ayrılmaz tərkib hissəsi sayılıb. Amma bu gün jurnalistin peşə etikasından, məsuliyyətindən danışmaq daha çox aktuallıq kəsb edir. Rəqəmsal texnologiyalar media üçün böyük imkanlar açsa da, eyni zamanda, bəzi problemləri daha da kəskinləşdirib, hətta yeni risklər yaradıb. İnformasiyanın sürətli yayılması, auditoriya ilə birbaşa təmas, beynəlxalq mənbələrə çıxış, işin avtomatlaşdırılması süni intellekt və rəqəmsal texnologiyaların müsbət cəhətləridir. Çıxışçılar dezinformasiya, manipulyasiya, saxta xəbərlər, reytinq uğrunda yarışın müasir dövrün aktual problemləri olaraq qalmasından narahatlıqla söz açdılar.

II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzusunda panel sessiyada çıxış edən “Ozbəkistan 24” Yaradıcı Birliyinin direktor müavini, “Ozbəkistan 24” teleradio kanalının baş prodüseri Xaydar Xasanov qeyd etdi ki, müasir dövrdə dünyada məlumat axını heç vaxt dayanmır, davamlı şəkildə artır: “Belə bir şəraitdə jurnalistlər üçün ən vacib amil etibar qazanmaqdır. Çünki xəbərin dəyəri onun mötəbərliliyi və dürüstlüyü ilə ölçülür. Doğrudur, xəbərin başlığı oxucunu cəlb etmək baxımından çox əhəmiyyətlidir. Ancaq bu, yalnız mövzuya uyğun olduğu halda dəyərli olur. Başlığı emosiyalar üzərində quraraq manipulyasiya etmək, əksinə, medianın etibarlılığına zərbə vurur. Unutmayaq ki, auditoriyamız artıq vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirir. Bu məkanda saxta xəbərlərə, dezinformasiyaya yol vermək olmaz. Əksinə, jurnalistlərin missiyası sosial şəbəkələrdə keyfiyyətli, etibarlı və yoxlanılmış məlumatı təqdim etməkdir”.

Forum iştirakçılarının yekdil fikri ondan ibarət oldu ki, Azərbaycan və Özbəkistan jurnalistləri arasında birgə təlimlərə, maarifləndirmə layihələrinə və peşəkarlıqla bağlı təmaslara ehtiyac var. Bu baxımdan, çıxışlarda jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, təcrübə mübadiləsinin həyata keçirilməsi xüsusi vurğulandı.

Ümumiyyətlə, II Azərbaycan–Özbəkistan Media Forumundakı çıxışların leytmotivini, səslənən fikirlərin ana xəttini Azərbaycan və Özbəkistanın bu istiqamətdə əməkdaşlığı davam etdirərək, xalqlarımızın dürüst və operativ informasiya tələbatını ödəmək, medianın regionun inkişafına böyük töhfələr vermək prinsipi təşkil edirdi.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri