Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan münasibətləri regionda yeni geosiyasi balans yaradan strateji xətt kimi formalaşır

Azərbaycan Özbəkistan münasibətləri regionda yeni geosiyasi balans yaradan strateji xətt kimi formalaşır

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla Özbəkistan arasında münasibətlər son onillikdə regionun siyasi xəritəsini yenidən formalaşdıran ən stabil və dinamik tərəfdaşlıq modellərindən birinə çevrilib. Ortada yalnız diplomatik əlaqələr deyil, əsrlərin dərinliyinə gedib çıxan ortaq mədəniyyət, etnik yaxınlıq və tarixi bağlılıq dayanır. Buna görə də bu gün iki ölkə arasındakı əməkdaşlıq ənənəvi qonşuluq prinsiplərindən daha çox, strateji müttəfiqlik fəlsəfəsinə əsaslanır. Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə də bu münasibətlərin mahiyyətini, inkişaf mərhələlərini və regional miqyasda yaratdığı yeni reallıqları aydın şəkildə ortaya qoyur.

Azərbaycan və Özbəkistan prezidentləri arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət isə bu müttəfiqliyin ən mühüm siyasi dayağıdır. İlham Əliyevin Şavkat Mirziyoyev haqqında yüksək fikirləri təkcə şəxsi münasibətlərin ifadəsi deyil, həm də ölkələr arasında etimadın nə qədər dərin olduğunu göstərir. Liderlər arasında bu səviyyədə harmoniya olması dövlətlərarası əməkdaşlığı daha çevik, daha səmərəli və strateji baxımdan daha dayanıqlı edir. Son illər Azərbaycanla Özbəkistanın siyasi koordinasiyası beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, birgə təşəbbüslər və regional proseslərə ortaq baxış üzərində qurulub. Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın yekdilliklə tamhüquqlu üzv seçilməsi bu siyasi yaxınlığın yeni mərhələsidir. Bu qərar təsadüfi deyil, çünki Azərbaycan artıq uzun müddətdir Orta Asiya ölkələri ilə enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə vacib əməkdaşlıq layihələrinin mərkəzində dayanır. Prezident İlham Əliyevin həmin tədbirdə iştirakı həm region ölkələrinin Azərbaycana olan güvəninin, həm də Azərbaycanın Mərkəzi Asiya geosiyasətində artan rolunun təsdiqidir. Bu üzvlük həm də Türk dünyasının siyasi inteqrasiyasını gücləndirən mühüm faktordur. Azərbaycan hər zaman türk dövlətləri ilə əməkdaşlığı prioritet hesab edib və bu istiqamətdə həm təşkilati, həm də ideoloji xətt üzrə mühüm rol oynayıb. Özbəkistanın da Türk dünyasının birliyinin möhkəmlənməsinə verdiyi töhfələr bu əməkdaşlığı daha da dərinləşdirir. Beləliklə, iki ölkə arasında münasibətlər təkcə ikitərəfli səviyyədə deyil, həm də geniş türk coğrafiyasının inteqrasiya prosesində aparıcı mövqedə dayanır.

Nəqliyyat və logistika sahəsində tərəfdaşlıq isə Azərbaycan–Özbəkistan əlaqələrinin strateji sütunlarından biridir. Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu hər iki ölkəni Avrasiya qitəsində mühüm logistika mərkəzinə çevirib. Bu marşrut təkcə ticarət dövriyyəsini artırmır, həm də ölkələrin siyasi manevr imkanlarını genişləndirir. Azərbaycanın infrastruktur layihələri – Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı limanının genişləndirilməsi, yeni nəqliyyat qovşaqları – Özbəkistan üçün Çin–Avropa ticarətinin alternativ və təhlükəsiz xətti rolunu oynayır. İlham Əliyev müsahibəsində bu məqamı xüsusi vurğulayaraq bildirib ki, nəqliyyat-logistika əməkdaşlığı regional təhlükəsizliyi də gücləndirir.

Enerji sahəsində əməkdaşlıq da getdikcə yeni məzmun qazanır. Azərbaycanın zəngin enerji infrastrukturu və Avropaya çıxışı, Özbəkistanın geniş enerji potensialı ilə birləşərək çoxşaxəli sinerji yaradır. Birgə bərpaolunan enerji layihələri, yaşıl texnologiyaların tətbiqi və regional enerji bazarlarına çıxış imkanları qarşıdakı illərdə iki ölkə arasında əsas inkişaf xəttinə çevrilə bilər.

Humanitar və mədəni əlaqələr isə bu münasibətlərin emosional sütununu təşkil edir. Şuşada, Daşkənddə və digər şəhərlərdə keçirilən mədəniyyət günləri; iki ölkənin tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi; parklar, küçələr, heykəllər – bütün bunlar xalqlar arasında mənəvi bağları möhkəmləndirir. Özbəkistanda Heydər Əliyevin adının yaşadılması, Azərbaycanda isə İslam Kərimov irsinə hörmət göstərilməsi qarşılıqlı etimadın simvolik ifadəsidir. Bu, münasibətləri rəsmi protokolun hüdudlarından çıxararaq səmimi qardaşlıq səviyyəsinə yüksəldir.

Bütün bu faktorları nəzərə aldıqda, Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəyi son dərəcə perspektivli görünür. Tərəflər arasında həm siyasi, həm iqtisadi, həm də humanitar istiqamətlərdə təşəbbüslər paralel şəkildə genişlənir və bu, regionda yeni güc mərkəzinin formalaşmasına xidmət edir. Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv seçilməsi bu prosesin kulminasiya nöqtələrindən biridir. Bu addım həm Azərbaycanın regional nüfuzunu artırır, həm də Orta Asiya ilə Cənubi Qafqaz arasında vahid əməkdaşlıq məkanının yaranmasına təkan verir.

Nəticə etibarilə, bu gün Azərbaycan və Özbəkistan əməkdaşlığı təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, həm də daha geniş region üçün sabitlik, təhlükəsizlik və inkişaf perspektivi yaradır. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bu inteqrasiyanın gələcəkdə daha da güclənəcəyinə, tərəfdaşlığın yeni strateji mərhələyə yüksələcəyinə işarə edir. Tərəflərin ortaq dəyərlərə söykənən münasibəti, siyasi iradəsi və praktiki əməkdaşlıq xətti bu prosesin davamlı olacağına ən əsas zəmanətdir.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri