Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: Strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin yeni mərhələsi

Azərbaycan Özbəkistan: Strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin yeni mərhələsi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Vətən müharibəsində tarixi qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli-strateji hədəfləri reallaşdırmaq üçün mühüm addımlar atır. Bunlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələri əhatə edən münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsidir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri müasir dövrdə sürətlə inkişaf edir.Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Beləliklə, dünən Bakı şəhərində keçirilən görüş zamanı hər iki ölkənin dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə genişləndirilməsi barədə ətraflı müzakirələr aparıblar. Görüşdə xüsusi vurğulanıb ki, Azərbaycan və Özbəkistan ortaq tarixə, mədəniyyətə, milli dəyərlərə əsaslanan möhkəm təməllərə malikdir. Prezidentlər siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildiriblər.Rəsmi səfər çərçivəsində iyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə görüşündən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev isə mətbuata bəyanatında bildirib ki, bu gün biz danışıqlarda bütün məsələləri - beynəlxalq, regional, ikitərəfli, həssas məsələləri müzakirə etdik. Çünki bugünkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaq lazımdır. Məmnuniyyətlə demək istəyirəm ki, ciddi məsələlər üzrə fikirlərimiz üst-üstə düşür. Biz bu fikirləri bütün platformalarda irəli aparacağıq, çünki bu gün birləşməli, Azərbaycan və Özbəkistan xalqları üçün vacib olan məsələləri həll etməliyik. Biz bütün istiqamətlər üzrə ətraflı danışdıq. Buraya energetika, nəqliyyat kommunikasiyaları, dağ-mədən sənayesi daxildir. Mədəniyyət və təhsil mübadilələri barədə danışdıq.Qeyd edək ki, eyniza zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsidir. Bu məqsədlə iki ölkənin qanunverici orqanları arasında ardıcıl olaraq Birinci və İkinci Parlamentlərarası Forumlar uğurla keçirilmişdir.Beləliklə, Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu Özbəkistanın qədim Xivə şəhərində təşkil olunmuşdur. Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı və Qanunvericilik Palatasının rəhbərliyi arasında geniş tərkibdə görüşlər keçirilmişdir. İkinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu isə Azərbaycan Respublikasında keçirilmişdir. Forum çərçivəsində keçirilən iclaslarda qanunverici orqanlar arasında qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri bir daha diqqət mərkəzinə çəkilmişdir.Özbəkistanın Xivə şəhərində keçirilmiş Birinci və Azərbaycanda təşkil olunmuş İkinci Parlamentlərarası Forumlar iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, qanunverici orqanlar səviyyəsində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsinə mühüm töhfə vermişdir.Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Prezidentlər Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəkdə də qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq prinsipləri çərçivəsində davamlı surətdə inkişaf edəcəyini vurğulayıblar.Bütövlükdə, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə əhəmiyyətli töhfələr verməkdədir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri