Icma.az
close
up
RU
Azərbaycan, Özbəkistan və Türkmənistan topdansatış paylama mərkəzləri şəbəkəsi yaratmağı planlaşdırır

Azərbaycan, Özbəkistan və Türkmənistan topdansatış paylama mərkəzləri şəbəkəsi yaratmağı planlaşdırır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan, Özbəkistan və Türkmənistan topdansatış paylama mərkəzləri şəbəkəsi yaratmağı, dayanıqlı ticarət və logistika zəncirlərini inkişaf etdirməyi planlaşdırır.

525.az xəbər verir ki, bunu Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində “Özbəkistan-24” telekanalına müsahibəsində Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov deyib.

“Son illər Özbəkistanla həm Türkmənistan, həm də Azərbaycan arasında iqtisadi əməkdaşlıq kifayət qədər yüksək və fəal templə inkişaf edir. Son illər hər iki ölkə ilə ticarət dövriyyəsi iki dəfədən çox artıb. Ən əsası isə odur ki, ticarət dövriyyəmizin təxminən 40 %-i yüksək əlavə dəyərə malik mallardır, bunlar sənaye mallarıdır. Bu, onu göstərir ki, biz iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçirik”, - o vurğulayıb.

L.Kudratovun sözlərinə görə, görüş zamanı iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcək çox mühüm qərarlar qəbul edilib. Söhbət ilk növbədə ticarət əməkdaşlığı sahəsində qarşılıqlı fəaliyyətdən və sənaye əməkdaşlığının dərinləşdirilməsindən gedir.

“Üç ölkənin ticarət nazirlikləri dayanıqlı ticarət və logistika zəncirlərinin inkişafına yönəlmiş hərtərəfli fəaliyyət planının hazırlanması üzərində çalışacaqlar”, - nazir qeyd edib.

O bildirib ki, plana topdansatış paylama mərkəzləri şəbəkəsinin yaradılması və məhsulların üç ölkənin bazarlarına asan çıxışı daxildir. Tərəflər həmçinin fitosanitar və karantin tələblərinin unifikasiyasını ayrıca işləmək niyyətindədirlər.

“Ölkələrimiz arasında ticarət əməliyyatlarını problemsiz və operativ şəkildə həyata keçirmək üçün malların rəqəmsal etiketlənməsi üzərində işləyəcəyik. Və təbii ki, biz elektron kommersiyanı, elektron ticarəti inkişaf etdirəcəyik”, - L.Kudratov deyib.

Onun sözlərinə görə, elektron ticarət formatları region ölkələrində tədarükçüləri və istehsalçıları məhsulların istehlakçıları ilə bilavasitə birləşdirəcək mexanizmlərin tətbiqini asanlaşdırmalıdır.

“Əlbəttə ki, biz regionlar arasında birbaşa qarşılıqlı əlaqəni fəal şəkildə inkişaf etdirəcəyik. Regionlararası əməkdaşlıq bizə imkan verəcək ki, regionlarımızdan olan sahibkarları birbaşa birləşdirək. Əminik ki, belə qarşılıqlı fəaliyyət çox yaxın gələcəkdə kifayət qədər konkret nəticələr verəcək”, - deyə nazir fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Avqust 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri