Azərbaycan Pakistan “11 ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İslamabad şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.
Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün yekununda “11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu” imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















