Icma.az
close
up
RU
“Azərbaycan Pakistan əməkdaşlığı sülh və təhlükəsizliyə töhfə verir” Nigar Məmmədova

“Azərbaycan Pakistan əməkdaşlığı sülh və təhlükəsizliyə töhfə verir” Nigar Məmmədova

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanla Pakistan arasında münasibətlər yüksəksəviyyədədir. Bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri zamanı aparılan müzakirələr, imzalanan sənədlər ikitərəfli münasibətlərlə yanaşı ölkələrimizin təmsil etdiyi regionlar üçün əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır”. 

Lent.az xəbər verir ki, bu sözləri millət vəkili Nigar Məmmədova deyib. Onun sözlərinə görə, Pakistanla Azərbaycan beynəlxalq münasibətlərin bütün məsələlərində də bir-birini dəstəkləyir:

“Ən əsası, ərazi bütövlüyü və suverenlik məsələsində qarşılıqlı dəstək mövcuddur. Prezident İlham Əliyev də bəyan etdi ki, Bakı ilə İslamabad beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edir, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqe və baxışlar tam üst-üstə düşür.

Eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin yüksəksəviyyəyə çatdırılması da əsas hədəflərdən biridir. Ötən il Azərbaycan Prezidenti Pakistanda dövlət səfərində olarkən Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planını bəyan etmişdi. Artıq infrastruktur, eləcə də energetika daxil olmaqla müxtəlif sahələri əhatə edən konkret layihələr var və tərəflər qarşıdakı aylarda əməkdaşlıqla bağlı razılaşmalar planlaşdırır”.

Deputat bildirib ki, Pakistan Baş nazirinin ölkəmizə dövlət səfəri zamanı imzalanan 10-dan artıq sənəd isə gələcək əməkdaşlıq üçün effektiv bünövrə yaratdı:

“Azərbaycanla Pakistan üçün müdafiə, eləcə də müdafiə sənayesi sahələri də əməkdaşlığın vacib sektorudur. Belə ki, Bakıda liderlər müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarına dair də müzakirələr apardılar. Aydın oldu ki, burada qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin marağındadır. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bundan sonra da davam etdiriləcək.

Liderlər bəyan etdi ki, Pakistanla Azərbaycan arasında strateji müdafiə sahəsində əlaqələrin daha yüksəksəviyyəyə qaldırılmasının vaxtı çatıb. Müdafiə sahəsində birgə istehsal potensialına ehtiyac var.

Regional təhlükəsizlik məsələsinə gəlincə, rəsmi İslamabad da bu mövqedədir ki, məhz Prezident İlham Əliyevin qətiyyətli qərarları sayəsində bu gün Cənubi Qafqazda sülh üçün münbit şərait yaranıb”.

Xanım parlamentari qeyd edib ki, yeri gəlmişkən, 2021-ci ildə imzalanan Bakı bəyannaməsi də Azərbaycan, Pakistan və Türkiyə arasında üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlığı nəzərdə tutur:

“Pakistan eyni zamanda ötən il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin iqlim sammiti – COP29-da fəal iştirak etdi. COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə də ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu.

Bir sözlə, Azərbaycanla Pakistan arasında yükəsksəviyyəli əməkdaşlıq daha da dərinləşir. Bu, hər iki ölkənin strateji əhəmiyyətini artıraraq, regionda və dünyada sülh və sabitliyə töhfə verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri