Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 19 noyabr, AZƏRTAC
COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişafından məmnunluq vurğulanıb.
İnvestisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə Pakistanla energetika, sənaye, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələrin icrası üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, investisiya və ticarət tərəfdaşlığının dərinləşdirilməsi üçün bu potensialdan səmərəli istifadə etmək böyük əhəmiyyət daşıyır.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran digər məsələləri müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Noyabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















