Azərbaycan Pakistanla iqtisadi ticarət sahəsində layihələri müzakirə edəcək
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Gələn həftə Azərbaycan və Pakistan arasında iqtisadi-ticarət sahəsində layihələr müzakirə ediləcək.
Bu barədə "Report" Pakistan KİV-nə istinadən xəbər verir.
Məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun aprelin 8-də Pakistana gözlənilən səfəri çərçivəsində baş tutacaq.
Qeyd olunub ki, potensial investisiya layihələri neft sektorunu, infrastrukturu, ticarəti və İT sahəsini əhatə edir. Ümumiyyətlə, tərəflər Azərbaycanın Pakistandakı layihələrə 2 milyard ABŞ dolları məbləğində investisiya yatırması imkanını müzakirə edirlər.
Bildirilib ki, Azərbaycan neft sahəsində 300 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanını nəzərdən keçirir, bura Badində neft emalı zavodunun inşası da daxildir.
Məlumata görə, Azərbaycan "Ağ boru kəməri" layihəsinə investisiya yatırmağa hazırdır.
Daha əvvəl bildirilmişdi ki, aprel ayında Bakı və İslamabad Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiyaları ilə bağlı sənədləri imzalamağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edib AZƏRTAC
19 Noyabr 2024 19:46
Azərbaycan Pakistanla əlaqələrin möhkəmləndirilməsini müzakirə etdi
19 Noyabr 2024 23:52
Azərbaycan Pakistanla enerji layihələrinə investisiya imkanlarını müzakirə edib
03 İyun 2025 12:52
Pakistanla iqtisadi əməkdaşlığın yeni hədəfləri
26 Noyabr 2025 23:47
Səfir: Pakistanla Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün çalışırıq
05 Fevral 2025 14:26
Baxış sayı:141
Bu xəbər 03 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















