Icma.az
close
up
RU
Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi yenidənqurma prosesi artıq təkcə milli məsələ deyil, beynəlxalq urbanistika, təhlükəsizlik və humanitar siyasət müstəvisində də diqqətlə izlənilən bir modelə çevrilməkdədir.

Bu fikirləri Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl AZƏRTAC-a açıqlamasında bildirib .

Professor qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış”da Azərbaycanın postmünaqişə bərpa təcrübəsinin xüsusi vurğulanması təsadüfi deyil.

“Əslində bu, beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı dövrdə şəhərlərin və insan həyatının necə yenidən qurulmalı olduğu barədə yeni yanaşma axtarışının göstəricisidir. Sənədin diqqətçəkən tərəfi ondan ibarətdir ki, burada yalnız infrastrukturun bərpasından danışılmır. Sənəddə “urbisid” anlayışının xüsusi qeyd olunması olduqca önəmlidir. Çünki Azərbaycan uzun illər ərzində sadəcə torpaq itkisi ilə deyil, sistemli şəkildə şəhərlərin, kəndlərin, mədəni irsin və sosial həyatın məhv edilməsi ilə üzləşmişdi. Qarabağ və Şərqi Zəngəzurda baş verənlər klassik müharibə nəticələri deyil, bütöv bir coğrafiyanın yaddaşının silinməsi cəhdi idi. Ağdam, Füzuli, Cəbrayıl və digər yaşayış məntəqələrinin vəziyyəti bunu açıq şəkildə göstərirdi. Bu səbəbdən “Bakı Fəaliyyətə Çağırış” sənədində urbisidin qlobal təhlükə kimi təqdim olunması, əslində Azərbaycanın yaşadığı reallığın beynəlxalq səviyyədə qəbuludur”, - deyə o əlavə edib.

Ekspertin fikrincə, digər mühüm məqam məcburi köçkünlərin qayıdışı məsələsinin sənəddə xüsusi vurğulanmasıdır.

“Uzun illər beynəlxalq platformalarda bu məsələ əsasən humanitar problem kimi təqdim olunurdu. Halbuki burada söhbət yalnız insanların yaşayış yerinə dönməsindən getmir. Bu, həm də sosial ədalətin, beynəlxalq hüququn və dövlət suverenliyinin bərpasıdır. Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” proqramı postmünaqişə dövründə əsas məsələnin yalnız dağıntıları aradan qaldırmaq olmadığını göstərir. Əsas məqsəd insanları təhlükəsiz, dayanıqlı və müasir yaşayış mühiti ilə təmin etməkdir. Azərbaycanın tətbiq etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları da beynəlxalq səviyyədə ciddi maraq doğurur. Qarabağda yeni urbanistik model formalaşdırılır. Yaşıl enerji, rəqəmsal idarəetmə, dayanıqlı infrastruktur və müasir şəhərsalma prinsipləri postmünaqişə bölgələrinin gələcək inkişaf konsepsiyasına çevrilir. Bu baxımdan, Azərbaycan yalnız dağıdılmış əraziləri bərpa etmir, eyni zamanda, yeni regional inkişaf modeli təqdim edir”,- deyə T.İsmayıl əlavə edib.

Ekspert bildirib ki, “Bakı Fəaliyyətə Çağırış” sənədinin gələcək beynəlxalq yanaşmalara təsiri də məhz burada ortaya çıxır.

“Son illərdə dünyada urban münaqişələrin sayı artır. Yaxın Şərq, Afrika, Ukrayna və digər bölgələrdə şəhərlər birbaşa müharibə hədəfinə çevrilir. Bu isə postmünaqişə dövründə bərpa məsələsini qlobal təhlükəsizlik gündəliyinin əsas mövzularından biri halına gətirir. Azərbaycanın təcrübəsi göstərir ki, bərpa prosesi yalnız texniki və iqtisadi məsələ deyil. Bu, həm də siyasi legitimlik, milli kimlik və sosial sabitlik məsələsidir. Bundan sonra beynəlxalq təşkilatların münaqişədən zərər çəkmiş regionlara yanaşmasında “Azərbaycan modeli” daha geniş şəkildə öyrənilə bilər. Xüsusilə məcburi köçkünlərin təhlükəsiz qayıdışı, minalardan təmizləmə, şəhərlərin sıfırdan planlaşdırılması və dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyası gələcəkdə beynəlxalq standartların formalaşmasına təsir edə bilər”, – deyə o bildirib.

Toğrul İsmayıl qeyd edib ki, bu sənəd postmünaqişə bərpası sahəsində yeni beynəlxalq konseptual yanaşmanın başlanğıcı kimi də qiymətləndirilə bilər.

“Ən önəmli məqamlardan biri Azərbaycanın artıq beynəlxalq platformalarda yalnız münaqişədən əziyyət çəkən ölkə kimi deyil, eyni zamanda, postmünaqişə idarəçiliyi və yenidənqurma sahəsində təcrübə təqdim edən aktor kimi çıxış etməsidir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin artmasının daha bir göstəricisidir”, – deyə T.İsmayıl bildirib.

Müxbir – Səbinə Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri