Icma.az
close
up
RU
Azərbaycan Premyer Liqası: Başa çatan 2024/25 mövsümü bizə nə vəd etdi?

Azərbaycan Premyer Liqası: Başa çatan 2024/25 mövsümü bizə nə vəd etdi?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Anar Həsənov yazır...

Azərbaycan Premyer Liqasının 2024-2025 mövsümü maraqlı və rəqabətli mübarizə ilə yadda qaldı. Bu mövsüm ölkənin ən güclü komandaları arasında gərgin mübarizə aparıldı və futbolsevərlər üçün zəngin anlar yaşandı.

2024-2025 mövsümündə Azərbaycan futbolunun nəhəngi "Qarabağ" komandası yenidən ölkə çempionu oldu. Stabil oyun və güclü kollektiv sayəsində Ağdam təmsilçisi mövsümü lider kimi başa vurdu və titulunu qoruyub saxladı.

Bu mövsümün ən böyük sürprizlərindən biri "Araz-Naxçıvan" klubunun çıxışı oldu. Naxçıvanlılar mübarizə apararaq üçüncü pilləni qorudular. İkinci yeri isə son illərdə olduğu kimi, bu mövsüm də "Zirə" klubu tutdu. Hər iki klub futbol səviyyəsini yüksəldərək Azərbaycan Premyer Liqasının ən güclü komandalarından oldu.

Mövsüm boyu "Neftçi", "Sabah" və digər komandalar da öz güclərini göstərdilər, lakin mövsümün sonuna yaxın yüksək pillələr uğrunda mübarizədən kənarda qaldılar. Aşağı yerlərdə qərarlaşan komandalar isə Premyer Liqada qalmaq üçün ciddi mübarizə apardılar.

2024-2025 mövsümündə fərqlənən futbolçular arasında "Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"ın əsas oyunçuları diqqət çəkdi. Gənc futbolçuların inkişafı və legionerlərin komandaların uğurunda rolu nəzərə çarpdı.

Azərbaycan Premyer Liqası 2024-2025 mövsümünü uğurla başa vurdu. Yüksəksəviyyəli oyunlar, komandaların bir-birinə güclü rəqib olması, həmçinin futbolun inkişafına yönəlmiş addımlar gələcək mövsümlər üçün ümidvericidir. Gələn mövsümdə də Azərbaycan futbolsevərləri yüksəksəviyyəli oyunlar və yeni sürprizlər gözləyə bilərlər.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında idman jurnalisti Mirbağırağa Cəfərli bildirdi ki, bir çempionatda çempionun adı böyük ölçüdə mövsümün sonuna 4-5 ay qalmış bilinirsə, o liqa çox da maraqlı adlandırıla bilməz.

"Bu mövsümü haradasa maraqlı hesab etmək olar. O da avrokuboklar uğrunda mübarizənin qızğın getməsi, Premyer Liqada hansı komandanın qalması uğrunda rəqabətin getməsinə görə. Yoxsa məncə bir çempionatda çempionunun adı böyük ölçüdə mövsümün sonuna 4-5 ay qalmış bilinirsə, o liqa çox da maraqlı adlandırıla bilməz. "Qarabağ"ın çempion olacağını mövsümün əvvəlindən ehtimal edənlər var idi, sonda da bu cür oldu. Təbii ki, daha da maraqlı mövsüm izləyə bilərdik. Əgər "Neftçi" və "Sabah" gözlənilənləri qarşılasaydı, belə olacaqdı. Amma olmadı. "Qarabağ" hər zamankı kimi liqada dominantlıq etdi və layiqli şəkildə çempion oldu. Çempionatımız zəif deyil. Mən hətta hər zaman o fikirdəyəm ki, bizim liqa Avropanın ortabab liqalarından da çox geri qalmır. Sadəcə liqamızın daha cəlbedici olması, effektiv görünməsi üçün nələrsə etmək lazımdır. Yoxsa məşqçi işi olsun, komandaların, məşqçilərin gördüyü işlər heç də pis deyil. Çempionluq mübarizəsində isə "Qarabağ"dan başqa klub görmürük. Son illərdə "Zirə"nin stabilliyi gözəçarpandır. Bu komanda yavaş-yavaş stabilliyi ortaya qoyur və bəlkə də yaxın illərdə onları da çempionluq mübarizəsində görmək mümkündür.

"Araz-Naxçıvan"ı da xüsusi qeyd etmək olar. Elmar Baxşıyevi "Qəbələ"dən nəyə qadir olduğunu bilirdik. Bu dəfə "Araz-Naxçıvan"la tarixə imza atdı. İlk dəfə bölgə klubunu avrokuboklara çıxardı. Bu klub da stabilliyi qoruyub-saxlasa da, yaxın vaxtlarda onlar da çox güclü kollektivə çevrilə bilər. Təbii ki, onların da yaxın vaxtlarda ev oyunlarını təmsil etdiyi Naxçıvanda keçirməsi daha əla olardı.

Bombardirlər siyahısında əsas pillələrdə yerli futbolçunun olmaması haradasa üzücüdür. Təsəvvür edin bu mövsüm legioner limiti tətbiq edilirdi. Bununla belə, legionerlər dominantlıq etdilər. Yeni mövsümdən Premyer Liqada legioner limiti də yoxdur, böyük ehtimalla bu siyahıda yerli adına ümumiyyətlə rast gəlməyəcəyik. Hər halda, 2024/2025 mövsümündə həm gözləntiləri qarşılamayan, həm də sürprizlər oldu. Yeni mövsümdən liqada komanda sayı da artırılacaq, ümid edək ki, daha maraqlı liqanın şahidi olacağıq. Xüsusən də çempionluq mübarizəsində nə qədər çox komanda mübarizə aparsa, çempionat bir o qədər maraqlı görünəcək".

Digər idman jurnalisti Elsəvər Məmmədov isə Oxu.Az-a açıqlamasında bildirdi ki, "Qarabağ"ı çıxmaq şərti ilə ilk "4-lük"də olan digər komandalardan 2,5 dəfə çox büdcəyə malik olan bakı klubları ancaq başqa mövzularda gündəmə gəlməyi bacardılar.

"Mövsüm gözlənildiyi kimi, "Qarabağ"ın çempionluğu ilə başa çatdı. Qeyri-adi bir şey baş vermədi. Əvvəlki mövsümlərlə müqayisədə maraqlı oldu, ya zəif oldu, bunu demək üçün xüsusi bir səbəb yoxdur. Elə ötənilki ilə eyni mövsüm idi demək olar ki. Sadəcə "Neftçi" və "Sabah"ın gözlənildiyindən xeyli aşağı səviyyədə çıxış etməsi, "ağ-qaralar"ın ümumiyyətlə bərbad mövsüm keçirməsi qeyd oluna bilər. Demək olar ki, "Qarabağ"ın çıxmaq şərti ilə ilk "4-lük"də olan digər komandalardan 2,5 dəfə çox büdcəyə malik olan bakı klubları ancaq başqa mövzularda gündəmə gəlməyi bacardılar.

Mənə görə mövsümün ən yaxşı komandası "Zirə"dir. Rəşad Sadıqovun günü-gündən inkişaf edən məşqçilik keyfiyyətləri və Salifu Sumanın liderliyi altında zirəlilər həm yaxşı futbol oynadılar, göz oxşadılar, həm də nəticə qazandılar. Düşünürəm ki, R.Sadıqov avrokuboklarda da öz sözünü deyəcək. Ötən il yaxşı irəliləmişdilər, bu il isə daha yaxşı olacaqlarını proqnozlaşdırıram.

"Araz-Naxçıvan" da mövsümün ilk yarısını yaxşı oynamışdı, ikinci yarıda qeyri-sabit çıxış etdilər, amma avrokuboklara vəsiqə qazana bildilər. Hər halda, Elmar Baxşıyev nəticə qazanmağı bilir.

"Turan Tovuz" Kurban Berdıyevin rəhbərliyi ilə yaxşı başladı, amma heyətin yaxşı olmaması özünü son nəticələrdə göstərdi.

"Səbail"in Birinci liqaya düşməsi isə qanunauyğunluqdur. Aşağı səviyyədə çıxış etdilər, bəzən bəxtləri gətirmədi, amma yenə də haqsız şəkildə yuvarlandılar demək olmaz.

Ümumi olaraq mövsümdə hansısa fantastik rəqabət olmadı. Sadəcə 3-4-cü yerlər uğrunda tovuzlularla naxçıvanlılar arasında müəyyən rəqabət yarandı, amma o çox çəkmədi.

Azarkeş baxımından yenə bərbad çempionat oldu. Stadionlar bomboş, meydançada hakimin danışdıqları tribunalarda eşidilirdi. Yəni xüsusi qeyd-edəcək hansısa məqam görmədim.

Ümidim növbəti mövsümədir ki, yaxşı olacaq. Ən azından 3 bölgə komandası çempionata qoşuldu. Ən azından rəqabət görə bilərik, azarkeş görə bilərik deyə ümidimiz var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:318
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri