Azərbaycan Prezidenti: Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir.
Pravda.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”, - deyə Prezident əlavə edib.

Avropanın monitorinqi, əslində, Aİ nin kəşfiyyat missiyasıdır Dövlət başçısı
13 Mart 2025 11:50
Avropa İttifaqının kəşfiyyat missiyası
06 Fevral 2025 10:33
Avropa İttifaqının Kəşfiyyat Missiyası : son qərar necə olacaq?
30 Yanvar 2025 18:47
“Avropa İttifaqının monitorinq missiyası Azərbaycanla Ermənistan arasında gərginlik mənbəyinə çevrilib”
13 Mart 2025 13:34
Avropa İttifaqının patrul missiyası Ermənistandan gedir?
19 Noyabr 2024 12:27
