Icma.az
close
up
RU
Azərbaycan Prezidenti güclü və qətiyyətli liderdir Stiv Uitkoff

Azərbaycan Prezidenti güclü və qətiyyətli liderdir Stiv Uitkoff

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bir neçə diplomat nəsli Azərbaycanla Ermənistan arasında uzun illər davam edən və getdikcə daha da şiddətlənən münaqişəni həllolunmaz hesab edirdilər. Lakin bu vəziyyət Donald Trampın ABŞ prezidenti vəzifəsinə qayıtmasından sonra dəyişdi". 

Adalet.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun “Washington Examiner” nəşrində dərc olunan məqaləsində yazıb. 

O, bildirib ki, ABŞ Prezidentinin uzaqgörən rəhbərliyi sayəsində ikiölkı arasında 35 ildən artıq davam edən münaqişəyə son qoyan Sülh üzrə Birgə Bəyannam  imzalandı. Bu, həqiqətən də görkəmli nailiyyətdir:

"ABŞ prezidentinin xüsusi nümayəndəsi kimi onun sülh gündəliyinin irəlilədilməsində iştirak etmək mənim üçün şərəf idi. Prezident əvvəlki məhdudiyyətləri aşaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını prioritetə çevirdi.

Bizim qarşılıqlı fəaliyyətimiz 2025-ci ilin martında Bakıya səfərlə başladı. İlk təmasdan etibarən ABŞ-nin Azərbaycan və Prezident İlham Əliyevlə münasibətlərinə lazımi diqqətin göstərilmədiyi aydın oldu.

Trampın xarici siyasət doktrinası unikaldır. O, ABŞ-nin maraqlarını, o cümlədən uzunmüddətli münaqişələrdə sülhün bərqərar olmasını təmin etmək naminə istənilən şəxslə birbaşa təmas qurmağa hazırdır. Bu məsələdə də istisna olmadı.

Azərbaycan Prezidenti özünü sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır olan güclü və qətiyyətli lider kimi göstərdi. Əliyev bizdə həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayan bir lider təəssüratı yaratdı. Bu səfər komandamızı tərəqqinin mümkün olduğuna inandırdı.

Eyni şəkildə, Ermənistanda da baş nazir Nikol Paşinyanın simasında bəzən populyar olmayan, lakin xalqının maraqları baxımından ən doğru qərarları qəbul etməyə qadir praqmatik və cəsarətli lider gördük.

Növbəti beş ay ərzində Bakı və İrəvanda intensiv danışıqlar apardıq. Bundan sonra məlum oldu ki, münaqişəyə fərqli prizmadan yanaşmaq lazımdır.

Bu liderliyi ilk növbədə Tramp nümayiş etdirdi. Bu isə imkan pəncərəsi açdı və nəticədə TRIPP konsepsiyası meydana gəldi. Bu konsepsiya Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşmaq şərtilə, Ermənistan ərazisindən keçməklə maneəsiz multimodal nəqliyyat marşrutlarının yaradılması üçün ABŞ və Ermənistan arasında tərəfdaşlığı nəzərdə tutur.

Tramp nümayişkaranə prosesdən daha çox praktiki nəticələrə üstünlük verdi və bu yanaşma özünü doğrultdu.

Bu gün TRIPP konsepsiyası yaradıcılıq, güc və qarşılıqlı fayda vasitəsilə ilk baxışdan həllolunmaz görünən mübahisələrin sonsuz danışıqlar yolu ilə deyil, yeni yanaşmalarla həllinə dair model kimi dünya miqyasında tanınır.

Son bir il ərzində ABŞ bu razılaşmanın həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla birgə çalışıb. Biz TRIPP-in Xəzər dənizi vasitəsilə uzanacağını və bu konsepsiyanın Yaxın Şərqdə də inkişaf etdiriləcəyini gözləyirik.

Bir neçə regionda eyni vaxtda mürəkkəb münaqişələrin baş verdiyi bir dövrdə Tramp özünü başqalarının yalnız çıxılmaz vəziyyət gördüyü yerlərdə sülh və rifaha nail olmağa çalışan lider kimi unikal mövqedə saxlayır.

Bu gün Cənubi Qafqaz daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər”, - deyə Uitkoff yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Avqust 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri