Azərbaycan Prezidenti Sudan Respublikasının Suveren Keçid Şurasının Sədrini təbrik edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanı
təbrik edib.
APA xəbər verir ki, təbrik məktubunda aşağıdakılar qeyd edilib:
“Hörmətli cənab Sədr,
Sudan Respublikasının müstəqilliyinin 70-ci ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Sudan arasında münasibətlərin və əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















