Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Bakıdan Qərbə verdiyi sillə kimi mesajlar: Hədəf kimlər seçildi? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan Prezidentinin Bakıdan Qərbə verdiyi sillə kimi mesajlar: Hədəf kimlər seçildi? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, noyabrın 11-dən 22-dək Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edir.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev COP-29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edib.

Dövlət Başçısı COP-29-u boykot edən dairələrə sərt mesaj göndərərək onları bu əməllərindən əl çəkməyə çağırıb.

Ali Baş Komandan onu da qeyd edib ki, onlara pis xəbəri var: çünki Azərbaycan 196 ölkədən 72 min qeydiyyata alınmış qonağı qarşılayıb.

Bunların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var.

Bəs, Prezident bu fikirləri COP-u istəməyən hansı ölkələrə ünvanladı?

Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, hər hansı bir ölkənin rəhbərinin Azərbaycana obyektiv səbəblərdən gəlməməsi başa düşüləndir, lakin Fransa prezidentinin təyin etdiyi bütün ali şəxslər, Avropa parlamentində olan fransızlar Azərbaycana qarşı dişlərini qıcayıblar:

"Ümumiyyətlə, hər hansı bir ölkənin rəhbərinin Azərbaycana hansısa obyektiv səbəblərdən gəlməməsi başa düşülən ola bilər. Amma elə ölkələr var ki, onlar nəinki özləri iştirakdan imtina etdilər, həm də yüksək səviyyəli qonaqların Azərbaycana gəlməməsinə çalışdılar. Məsələn, bu gün açıq deyə bilərik ki, Fransa hakimiyyətinin siyasəti elə qurulur ki, onlar necə orta məktəb dərsliklərində, küçələrdə, televiziyalarda, qəzətlərdə Azərbaycana qarşı nifrət bəsləyirdilər. Hazırda Fransanın apardığı siyasət nəticəsində Bütövlükdə Azərbaycanın həm siyasi, həm ictimai aləminin Azərbaycana qarşı nifrət üzərində köklənib. Bütün qubernatorlar, senatorlar, deputatlar, siyasətçilərin Fransa prezidenti təyin etdiyi bütün insanlar, Avropa parlamentində olan fransızlar hamısı Azərbaycana qarşı dişlərini qıcayıblar və təbii ki, bu təəssüf doğurur. Bu, yolverilməzdir".

Deputat əlavə edib ki, Pezeşkianın da COP-29-a gəlməməsi çox ciddi suallar doğurur:

"Mənə belə gəlir ki, bəlkə də bundan sonra Fransada hakimiyyət dəyişəndən sonra növbəti gələn nəsil və yaxud hər hansı bir digəri Emmanuel Makronun siyasətindən fərqli bir siyasət yeridər ki, xalqlar arasında düşmənçiliyə son qoyulsun. Çünki hazırda onların apardığı siyasət elə bir məqama gətirib çıxarır ki, az qala düşmənçilik yaransın. Əlavə olaraq, məsələn, İran prezidentinin Azərbaycana gəlməməsi məndə çox ciddi suallar doğurdu.

Onların gətirdikləri əsaslar da qəbul olunmazdır. Mənə belə gəlir ki, bir qonşu dövlət kimi birinci növbədə İranın prezidenti, Məsud Pezeşkian Azərbaycanın yanında olmalı idi, dostluq əli uzatmalı idi. Amma biz bunu da görmədik və təbii ki, bu cür məsələlər məyusedicidir.

Mən bu iki ölkənin adını çəkmək istərdim. Dünən mediyada da oxudum ki, Argentina prezidenti öz nümayəndə heyətini COP-29 Sammitindən geri çağırır. Argentina prezidentinin həm seçki kampaniyası dövründə, həm də seçkidən sonrakı qərarları çox başa düşülməz və qeyri-adekvatdır. Bu baxımdan bu da gözlənməli idi. Belə çıxır ki, burada ilk sual yaranır ki, Argentina nümayəndə heyəti niyə gəlmişdi və nəyə görə geri çağırıldı? Ola bilsin ki, onlara da hər hansı bir təzyiq olub və yaxud onlar hansısa bir ölkədə anlaşırlar və Azərbaycana bu yöndə hansısa bir mesaj vermək istəyirlər. Bütün bunların heç biri qəbul edilməzdir və Azərbaycan artıq öz məqsədinə çatıb ki, yüksək səviyyədə bu Sammiti keçirdi. Keçirməkdə davam edir. Cənab prezident də qeyd etmişkən, dünyanın 100-ə yaxın prezidentləri, baş nazirləri Bakıdadır və 70 mindən çox insan qeydiyyatdan keçib. Qurum özü artıq Bakı Sammitinin uğurlu nəticələrindən xəbər verir, həmçinin Bakı Sammitində dünya üçün çox ciddi qərarlar qəbul olunub".

Məsələyə geosiyasi müstəvidə yanaşan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı AZXEBER.COM-a açıqlamasında deyib ki, Ali Baş Komandan bəlli dairələrə yerini göstərdi:

"Ali Baş Komandan bəlli dairələrə yerini göstərdi. Zatən belə bir çıxış əvvəlcədən gözlənilirdi. Çünki nəinki COP29 öncəsi, ondan hələ illər öncədən Azərbaycana qarşı bu cür riyakarcasına addımlar atılırdı, təzyiq vasitəsi kimi də, hər zaman olduğu kimi insan haqları, demokratiya kimi bəhanələr seçilmişdi. Avropadakı ermənipərəst, anti-Azərbaycan dairələri hələ də Azərbaycanın 4 il öncə öz gücü hesabına ərazilərini işğaldan azad etməsi, ötən ilin sentyabrındakı antiterror əməliyyatı ərazi bütövlüyünü tam bərpa etməsi ilə barışa bilmirlər. Amma əvvəl olduğu kimi, indi də heç nəyə nail ola bilmədilər. Dövlət Başçısının çıxışında səsləndirdiyi rəqəmlər COP29 tədbirinin ən yüksək səviyyədə baş tutduğunu, "iqlim boykotçuları”nın özlərinin boykot olduğunu göstərdi. Onsuzda COP29-dan öncə bu tədbirdə 70-80 min arası insanın iştirak edəcəyi deyilirdi və deyilənlər də baş tutdu. Bu gün bütün dünya Azərbaycana toplaşıb. Dünyanın ən müxtəlif yerlərindən dövlət rəsmiləri səviyyəsində qonaqların Bakıda olması dediklərimizi əyani sübut edir. 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Bu rəqəmin özü bütün sualların cavabı deyilmi? Bir sözlə "it hürər, karvan keçər...”.

Siyasi şərhçi Azərbaycan Prezidentinin Bakıdan verdiyi mesajlara da diqqət ayırıb:

"Tədbirdən öncə hansı ölkələrin, hansı təşkilatların iştirak etməyəcəyi, media orqanlarının nə cür fəaliyyət göstərəcəkləri hər kəsə bəlli idi. Ermənipərəst Fransa tədbirdə iştirak etmir, COP29 keçirilmir? Onsuzda Makron Fransanın bu tədbirin yüksək səviyyədə keçirilməməsi üçün dəridən-qabıqdan çıxacağı məlum idi. Amma onun özü və ölkəsi boykot edildi. Cənab Prezident ilk növbədə, Makron və onun kimilərinə yerini göstərdi. İlham Əliyevin çıxışının sonunda Ali Baş Komandana göstərilən diqqət, konfransda iştirak edənlərin gurultulu alqışları həm də Azərbaycanın qələbəsinin əks-sədası idi. 

COP29-la Azərbaycan xaricdəki anti-Azərbaycan qüvvələrinə elə bil tərs şapalaq ilişdirdi ki, hələ bunun təsiri uzun illər duyulacaq... Azərbaycan sübut etdi ki, öz gücünə ərazilərini işğaldan azad edir, ərazi bütövlüyünü tam təmin edir, eyni zamanda, öz daxili gücünə belə bir mötəbər tədbiri ən yüksək səviyyədə keçirir. Bu tədbir rəsmi Bakının bütün təxribatlara hazır olduğunu da göstərdi. Ölkədaxili və ölkəxarici bəzi media orqanlarının təxribatçı suallarına Azərbaycan rəsmilərinin yerindəcə verdikləri tutarlı cavablar hər şeyin yerindəcə ölçülüb-biçildiyinin sübutu idi. Heç nəyə məhəl qoymadan tədbiri ən yüksək səviyyədə keçirəcəyik. Hələ tədbirin bitməsinə günlər var və bu müddətdə gələn qonaqların ard-ardı kəsilməyəcək”.

Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri