Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Nyu York səfəri ABŞ və BMT ilə münasibətlərdə yeni mərhələ hesab oluna bilər RƏY

Azərbaycan Prezidentinin Nyu York səfəri ABŞ və BMT ilə münasibətlərdə yeni mərhələ hesab oluna bilər RƏY

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan bu vaxta qədər BMT də daxil olmaqla, bütün beynəlxalq platformalara təcavüz və işğaldan əziyyət çəkən tərəf kimi qatılırdısa, artıq son 5 ildə həmin platformalarda qalib ölkə kimi təmsil olunur.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri Azərbaycanın nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri zamanı qarşı tərəfin təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli çoxsaylı görüşlər bunun əyani sübutu idi. Azərbaycan həm iqtisadi potensialı və qlobal əməkdaşlıq təşəbbüsləri, eyni zamanda, siyasi gündəliyi ilə beynəlxalq aləmdə böyük maraqla qarşılanır. Dövlətimizin başçısının iri investisiya şirkətlərinin, müxtəlif ölkələrin liderləri, Avropa Şurasının və BMT-nin Baş katibləri ilə görüşləri AZƏRBAYCANA olan marağın göstəricisidir.

“Bütün görüşlərdə Azərbaycan liderinə rəğbət açıq şəkildə ifadə olunurdu. ABŞ Prezidenti Donald Tramp isə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Müzəffər Ali Baş Komandana "Mən Sizinlə həqiqətən fəxr edirəm" söylədi. Bu, Azərbaycan Liderinə ehtiramı özündə əks etdirir.

BMT Baş Assambleyasında çıxışı zamanı isə Prezident İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu bildirdi. Dövlətimizin başçısı BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış edib. Budəfəki çıxış digərlərindən fərqli olmaqla bərabər, həm də tarixi idi. İlk növbədə ona görə ki, Azərbaycanın qazandığı böyük Qələbə yeni reallıqlar yaradıb və rəsmi Bakının bütün qlobal-regional proseslərə yanaşması bu reallıqlar kontekstində formalaşır. Prezident İlham Əliyev BMT tribunasından çıxışı zamanı Azərbaycanın həm 30 il işğaldan, həm də ikili standartlardan əziyyət çəkdiyini vurğuladı. Xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal siyasətinə qarşı qəbul etdiyi qətnamələrin icra mexanizminin olmadığını, Azərbaycanın öz gücü və iradəsi ilə bu qətnamələri yerinə yetirdiyini diqqətə çatdırdı. Bunu beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu kimi qiymətləndirdi”, - deyə K.Nurullayeva vurğulayıb.

Deputat bildirib ki, BMT-nin Baş katibi Antonio Quttereş ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış çərçivə sazişini iki Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm bir mərhələ kimi alqışlayıb. Prezident İlham Əliyevlə görüşdə Baş katib bir daha Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

K.Nurullayeva dövlətimizin başçının toxunduğu vacib məsələlərdən birinin də Birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı məsələ olduğunu bildirərək deyib: “Əslində, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisinin mandatının yaradılması bu həssas məsələyə qlobal diqqətin artırılmasına və onun daha effektiv şəkildə həllinə töhfə verə bilər. Bu səbəbdən Azərbaycan Prezidenti mina probleminin Böyük Qayıdışa törətdiyi əngəli xatırladarkən, ölkəmizin 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb etdiyini də vurğuladı. Azərbaycan Prezidenti, həmçinin Azərbaycanın uğurlu enerji strategiyasına, COP29-un timsalında ölkəmizin iqlim dəyişikliklərilə mübarizəyə töhfəsinə də diqqət çəkdi”.

Parlamentari vurğulayıb ki, Azərbaycan Prezidentinin ABŞ-a budəfəki səfəri həm Ağ Ev, həm də BMT ilə münasibətlərdə yeni mərhələ hesab oluna bilər. Əslində, Azərbaycan hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri