Icma.az
close
up
RU
Prezidentlərin Nyu York dialoqu: ABŞ Azərbaycan münasibətlərində yeni səhifə

Prezidentlərin Nyu York dialoqu: ABŞ Azərbaycan münasibətlərində yeni səhifə

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Nyu-Yorkda Donald Trampın təşkil etdiyi rəsmi qəbulda baş verən dialoq, əslində, ikitərəfli münasibətlərdə yeni mərhələnin konturlarını göstərdi.

Trampın qeyri-ənənəvi üslubu, liderlərlə daha açıq və fərdi yanaşma sərgiləməsi bu görüşdə də özünü büruzə verdi. Onun Azərbaycanın uzun illər davam etmiş münaqişəni qətiyyətlə sonlandırmasını xüsusi vurğulaması, Bakının regional liderlik mövqeyinin beynəlxalq səviyyədə tanındığının bariz nümunəsi oldu. Daha öncə ABŞ rəsmilərinin neytral mövqeyi fonunda bu çıxış fərqli məna daşıyır və Vaşinqtonun region siyasətində yeni prioritetlərin formalaşdığına işarə edir.

Trampın Qarabağ məsələsini digər beynəlxalq münaqişələrlə müqayisə edərək Azərbaycanın təcrübəsini “effektiv model” kimi təqdim etməsi, əslində, ABŞ diplomatiyasının mesaj xarakterli yanaşmasıdır. Bu, yalnız Azərbaycanla bağlı deyil, həm də digər münaqişə zonalarına siqnal idi: münaqişələrin həlli mümkündür, amma bunun üçün siyasi iradə və liderlik lazımdır. Burada ABŞ-nin Bakı ilə daha sıx əməkdaşlığa meylli olduğu və Azərbaycanın regionda oynadığı rolu yüksək qiymətləndirdiyi açıq şəkildə görünür.

Dialoqun ən diqqətçəkən məqamlarından biri isə Trampın “Atışma yoxdur” sualı və İlham Əliyevin “Hər şey tamamilə bitib” cavabı idi. Bu cür ifadələr protokol çərçivəsini aşaraq, beynəlxalq aləmdə münaqişənin yekunlaşdığına dair rəsmi təsdiq kimi qəbul oluna bilər. Azərbaycanın qalib dövlət mövqeyinin artıq qlobal narrativdə də tanınması həm diplomatik, həm də siyasi baxımdan mühüm nəticədir.

Ümumilikdə, bu görüş sadəcə rəsmi qəbul deyil, ABŞ-Azərbaycan münasibətlərinin strateji yaxınlaşmasına dair simvolik mesaj idi. Trampın açıq dəstəyi və komplimentləri, Əliyevin səmimi cavabları qarşılıqlı etimadın artdığını göstərir.

Daha da önəmlisi, bu dialoq dünya liderlərinə ünvanlanan bir mesaj kimi oxunur: Azərbaycanın təcrübəsi göstərir ki, siyasi qətiyyətlə uzunmüddətli münaqişələrə son qoymaq mümkündür. Bu isə Bakının beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Vaşinqtonun regiondakı yeni geosiyasi yanaşmasının ipuclarını da ortaya qoyur.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri