Icma.az
close
up
RU
Azərbaycan qadınının ictimai siyasi həyatda rolu ŞƏRH

Azərbaycan qadınının ictimai siyasi həyatda rolu ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ Qadın dünyadır ,qadın həyatdır , qadın insanlığı yaşadan müqəddəs varlıqdır “

Ümummilli Lider Heydər Əliyev .

“ Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar “.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Tarix boyu Azərbaycan qadını cəmiyyətimizin inkişafında böyük xidmətlər göstərmiş, öz zəhməti, biliyi və fədakarlığı ilə ölkəmizin tərəqqisinə töhfə vermişdir. Müasir dövrdə isə qadınların cəmiyyətin bütün sahələrində aktiv fəaliyyəti daha da genişlənmişdir.

Azərbaycan qadını qədim zamanlardan ailənin, cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynamışdır. Tariximizdə Tomris kimi qəhrəman qadınların, Sara xatun kimi diplomatik qabiliyyətə malik dövlət xadimlərinin fəaliyyəti buna bariz nümunədir. Bu ənənə müasir dövrdə də davam edir və Azərbaycan qadınları ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər.

Azərbaycan qadının şəxsiyyətinə böyük hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanda qadın siyasətinin əsasını qoyaraq ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı .

Müstəqillik qazandıqdan sonra Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Dövlət tərəfindən qadınların hüquqlarının qorunması, onların ictimai və siyasi həyatda fəallığının artırılması üçün bir sıra qanunlar və proqramlar qəbul edilmişdir. Bu siyasət nəticəsində qadınlar dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə və digər ictimai strukturlarda daha geniş şəkildə təmsil olunmağa başlamışdır.

Bu gün Azərbaycan qadınları parlamentdə deputat kimi, dövlət qurumlarında rəhbər vəzifələrdə, eləcə də müxtəlif ictimai təşkilatlarda uğurla fəaliyyət göstərirlər. Onlar ölkənin inkişafına dair qərarların qəbulunda iştirak edir, cəmiyyətin problemlərinin həllinə öz töhfələrini verirlər. Qadınların siyasətdə aktivliyi cəmiyyətin daha demokratik və balanslı inkişafına müsbət təsir göstərir.

Qadınlar dövlət idarəçiliyində, elm sahəsində, biznesdə və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək cəmiyyətin inkişafına töhfə verirlər.

Eyni zamanda Azərbaycan qadınları yalnız siyasətdə deyil, sosial və humanitar sahələrdə də fəal iştirak edirlər. Onlar müxtəlif xeyriyyə layihələrində, sosial proqramlarda və ictimai təşəbbüslərdə iştirak edərək cəmiyyətin rifahının yaxşılaşdırılmasına xidmət edirlər. Bu fəaliyyətlər qadınların cəmiyyətdəki rolunun nə qədər geniş və əhəmiyyətli olduğunu göstərir.

Müasir dövrdə Azərbaycan qadınlarının fəaliyyətində vətənpərvərlik və dövlətə bağlılıq da xüsusi yer tutur. Xüsusilə Vətən müharibəsi dövründə qadınlar həm ön cəbhədə çalışan həkimlər və könüllülər kimi, həm də arxa cəbhədə müxtəlif sosial fəaliyyətlər göstərərək ölkənin birliyinə və gücünə öz töhfələrini vermişlər.

Bu gün Azərbaycan qadını həm ailədə qayğıkeş ana, həm də cəmiyyətin fəal üzvü kimi mühüm rol oynayır. Onlar milli dəyərlərimizi qoruyaraq eyni zamanda müasir dünyanın tələblərinə uyğun şəkildə fəaliyyət göstərirlər. Bu isə Azərbaycanın inkişafında qadınların rolunun daha da artacağını göstərir.

Azərbaycan qadını cəmiyyətimizin inkişafında mühüm qüvvədir. Onların ictimai və siyasi həyatda fəal iştirakı ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. İnanıram ki, Azərbaycan qadınları bundan sonra da öz bilik və bacarıqları ilə ölkəmizin tərəqqisinə mühüm töhfələr verəcəklər.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edir, su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalmanızı arzu edirəm!

Mahir Əsgərov

YAP Culfa rayon təşkilatı Saltaq kənd ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri