Icma.az
close
up
RU
Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur ŞƏRH

Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə artıq təkcə bərpa deyil, yeni iqtisadi və geosiyasi inkişaf modelinin formalaşdırılması mərhələsinə keçib. Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, xüsusi vurğulanan məqam ondan ibarətdir ki, Zəngilan postmünaqişə dövrünün simvolik bölgəsindən strateji nəqliyyat, logistika, enerji və kənd təsərrüfatı mərkəzinə çevrilməkdədir: “Bu isə bölgənin gələcəyi baxımından tamamilə yeni mərhələnin başlandığını göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, işğal dövründə dağıdılmış ərazilərin cəmi beş il ərzində müasir yaşayış məkanlarına çevrilməsi Azərbaycanın həm siyasi iradəsini, həm iqtisadi imkanlarını, həm də uzunmüddətli dövlət strategiyasını nümayiş etdirir. Zəngilanda yaşayış məhəllələrinin, məktəblərin, yolların, körpülərin, elektrik stansiyalarının, hava limanının və aqroparkların yaradılması göstərir ki, dövlət bölgəni sadəcə yenidən qurmaq deyil, onu regional inkişafın əsas dayaqlarından birinə çevirmək niyyətindədir”.

N.Azəri qeyd edib ki, Zəngilanın inkişafında nəqliyyat və sərhəd infrastrukturu xüsusi strateji əhəmiyyət daşıyır: “Eyni zamanda, İran sərhədində körpünün demək olar ki, tamamlanması və sərhəd-gömrük infrastrukturunun qurulması bölgənin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin edəcək. Bu layihənin yaxın aylarda istifadəyə verilməsi Zəngilanı beynəlxalq tranzit dəhlizinin mühüm qovşaqlarından birinə çevirəcək. Buradan keçəcək dəmir və avtomobil yolları yalnız iqtisadi əlaqələri gücləndirməyəcək, həm də yeni iş yerlərinin yaradılmasına və yerli əhalinin məşğulluğunun artmasına xidmət edəcək. Nəticə etibarilə, bu infrastruktur həm Zəngilanın, həm də bütövlükdə Azərbaycanın iqtisadi potensialına ciddi töhfə verəcək”.

Ekspertin qənaətinə görə, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən mesajlar mühüm strateji əhəmiyyət daşıyır: “Prezidentin qeyd etdiyi kimi, Bakı-Zəngilan-Naxçıvan dəmir yolu bağlantısının formalaşdırılması, İran sərhədində yeni nəqliyyat infrastrukturunun qurulması və Şərq-Qərb, eləcə də Şimal-Cənub dəhlizlərinin məhz Zəngilan üzərindən inteqrasiya olunması bölgənin beynəlxalq tranzit mərkəzinə çevriləcəyini göstərir. Hesab edirəm ki, bu yanaşma yalnız Azərbaycanın iqtisadi maraqlarına deyil, eyni zamanda Türk dünyasının bağlantılarının güclənməsinə və regionda yeni əməkdaşlıq platformalarının yaranmasına xidmət edir”.

N.Azərinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də azad edilmiş ərazilərin dünyanın nümunəvi bölgələrindən birinə çevrilməsi ilə bağlı ortaya qoyulan strateji baxışdır: “Yaşıl enerji” potensialının inkişafı, su elektrik stansiyalarının yaradılması, kənd təsərrüfatının genişləndirilməsi və müasir şəhərsalma konsepsiyasının tətbiqi göstərir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur. Bu isə Zəngilanın yaxın illərdə yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən mühüm iqtisadi və strateji mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see745

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see194

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see183

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see174

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see168

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see164

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see163

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see162

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see162

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see161

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see161

Çində ağaclara sistem qoşulur VİDEO

09 May 2026 15:46see158

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see158

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see155

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see153

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see152

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see151

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see151

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see151

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri