Icma.az
close
up
RU
Laçın aeroportu Qarabağ və Şərqi Zəngəzuru beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır

Laçın aeroportu Qarabağ və Şərqi Zəngəzuru beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Laçın Beynəlxalq Hava Limanına media-tur təşkil olunub.

APA-nın yerli bürosu xəbər verir ki, Hava Limanının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Xəlilova bildirib ki, limanın açılışı tarixi bir mərhələdir: "Bu, Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı və azad olunmuş ərazilərdə inşa edilən üçüncü belə obyektidir".

Qeyd olunub ki, Laçın Hava Limanı qayıdışın və dirçəlişin simvoludur. Liman mürəkkəb dağ relyefində, dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir. Bu layihə mühəndislik baxımından da böyük nailiyyətdir və peşəkarlığımızı, strateji düşüncə tərzimizi, mürəkkəb şəraitdə belə iddialı layihələri həyata keçirmək bacarığımızı nümayiş etdirir: "Bu hava limanı Qarabağ və Şərqi Zəngəzuru ölkənin digər hissələri və beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır. Regionun iqtisadi, sosial və logistik inteqrasiyasını sürətləndirəcək, turizmin, daşımaların və investisiyaların inkişafına ciddi təkan verəcək.

Hava limanı beynəlxalq standartlara tam uyğundur. Uçuş-enmə zolağı 3 000 metr uzunluğunda, 60 metr enindədir və bütün növ hava gəmilərini qəbul edə bilir. Sahəsi 60 000 kvadratmetrdən artıq olan perron eyni anda səkkiz təyyarənin dayanması və texniki xidməti üçün nəzərdə tutulub. Terminal binası 5 000 m² sahəyə malikdir və saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Burada VIP zal, qeydiyyat və təhlükəsizlik zonaları, iaşə obyektləri, baqaj sistemləri və rəqəmsal infrastruktur mövcuddur".

Qeyd olunub ki, kompleksə müasir uçuşlara nəzarət qülləsi, iki transformator stansiyası, ehtiyat generatorlar, nasos və çirkab su təmizləmə sistemləri, videomüşahidə və yüksək sürətli rabitə sistemi daxildir. Bütün obyektlər ən son texnologiyalarla təchiz olunub.

Xatırladaq ki, dünən Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 May 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri