Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan çoxvektorlu əməkdaşlığı Avrasiyada yeni geosiyasi perspektivlər yaradır

Azərbaycan Qazaxıstan çoxvektorlu əməkdaşlığı Avrasiyada yeni geosiyasi perspektivlər yaradır

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsinə keçidin mühüm siyasi hadisəsi kimi tarixə düşüb. Astanada keçirilən yüksək səviyyəli görüşlər zamanı tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və rəqəmsal sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret razılaşmalar əldə ediblər. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin möhkəmlənməsi və Cənubi Qafqazla Mərkəzi Asiyanın strateji inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Qazaxıstan münasibətlərinin əsasını tarixən formalaşmış ortaq mədəni, mənəvi və dil birliyi təşkil edir. Hər iki xalq qədim türk sivilizasiyasının daşıyıcısı kimi bir-birinə yaxın dəyərləri bölüşür. Mənəvi yaxınlıq dövlətlərarası münasibətlərə sabitlik və uzunmüddətli etimad qazandırır. Qazaxıstanın ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü məsələsində göstərdiyi prinsipial dəstək isə əlaqələrin sarsılmaz təməlini möhkəmləndirir. Bu amillər həm də dövlətlərin regional və beynəlxalq siyasətdə bir-birinə strateji tərəfdaş kimi yanaşdığını təsdiqləyir. Mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. Dövlətimizin başçısı vurğulayıb ki, işğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.
Astanada prezidentlər regional təhlükəsizlik məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər iki lider regional sabitlik və qarşılıqlı etimad mühitinin qorunmasının vacibliyini vurğulayıb. Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geosiyasi baxımdan kəsişmə nöqtəsində yerləşməsi bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və Qazaxıstanın çoxvektorlu diplomatik xətti bir-birini tamamlayır. Bu amil regionda enerji təhlükəsizliyi, logistika və sülh təşəbbüslərinin uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Enerji sektoru Azərbaycan–Qazaxıstan əməkdaşlığının mühüm istiqamətidir. Prezident İlham Əliyevin səfəri çərçivəsində aparılan müzakirələr zamanı Xəzər dənizi vasitəsilə neft və qaz tədarükü, enerji infrastrukturlarının modernləşdirilməsi və yaşıl enerji texnologiyalarının tətbiqi kimi məsələlər diqqət mərkəzində olub. Orta Dəhliz və Zəngəzur Dəhlizi layihələri bu əməkdaşlığın enerji ölçüsünü daha da genişləndirir. Bu dəhlizlər Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrinin yeni xəritəsini formalaşdırır. Qazaxıstanın neft və qaz resurslarının Azərbaycan vasitəsilə Avropa bazarlarına çatdırılması isə həm enerji təhlükəsizliyi, həm də iqtisadi şaxələnmə istiqamətində strateji üstünlük yaradır.
İmzalanan sənədlər göstərir ki, iki ölkə münasibətləri təkcə enerji sektoru ilə məhdudlaşmır. İqtisadi əməkdaşlığın yeni mərhələsi sənaye, kənd təsərrüfatı, rəqəmsallaşma və logistika sahələrini də əhatə edir. Ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiya təşviqi gələcək illərdə iqtisadi əlaqələrin həcmini əhəmiyyətli dərəcədə genişləndirəcək. Azərbaycanın tranzit potensialı ilə Qazaxıstanın xammal və enerji ehtiyatlarının əlaqələndirilməsi Avrasiyanın mərkəzində dayanıqlı iqtisadi sistemin formalaşmasına xidmət edir. Bu amillər həm də regionun qlobal bazarlarda rəqabət qabiliyyətini artıran mühüm faktordur.
Humanitar istiqamətdə reallaşan təşəbbüslər iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi mədəni diplomatiyanın təzahürünə çevrilib. Bu layihə Qazaxıstanın bərpa və quruculuq proseslərinə mənəvi dəstəyini, xalqlar arasında qardaşlıq əlaqələrinin nə qədər önəmli olduğunu göstərir.
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada da vahid mövqedən çıxış edir. Hər iki ölkə BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq platformalarda bir-birinin təşəbbüslərini fəal şəkildə dəstəkləyir. Gələn il Bakıda keçiriləcək İƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitləri bu əməkdaşlığın daha da genişməsinə şərait yaradacaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri iki qardaş dövlət arasında münasibətləri yeni strateji mərhələyə yüksəldib. Astanada imzalanan sənədlər, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər regional və qlobal səviyyədə sülh, sabitlik və qarşılıqlı rifahın təmin edilməsinə yönəlib. Həmin səfər bir daha göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri dərin tarixi köklərə, güclü siyasi iradəyə və ortaq strateji məqsədlərə əsaslanır. Məhz bu prinsiplər sayəsində iki ölkə Avrasiya məkanında sabitliyin, enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi tərəfdaşlığın etibarlı dayağına çevrilib.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri