Azərbaycan qılıncoynatma millisinin məşqçisi: Gimnaziadada gözləntilərimiz yüksəkdir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nova Varoş, 6 aprel, Cavid Əliyev, AZƏRTAC
"İdmançılarımızdan medallar gözləyirəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında iştirak edən qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin məşqiçisi Elvin Rzazadə deyib.
O, bugünkü yarışda üç idmançı ilə mübarizə aparacaqlarını bildirib: "Altı ölkədən olan idmançılar bu gün çıxış edəcəklər. Komandama güvənirəm. Gözləntilərimiz yüksəkdir. Yarışlara yaxşı hazırlaşmışıq. Uşaqlarda potensial görürəm. Gələcək hədəfimiz dünya və Avropa çempionatlarında iştirak edib, Azərbaycana medallar qazandırmaqdır".
Qeyd edək ki, Azərbaycan Gimnaziadada 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















