Icma.az
close
up
RU
Azərbaycan güləş millisinin məşqçisi: Gimnaziadada öz idmançılarımızı favorit hesab edirik MÜSAHİBƏ

Azərbaycan güləş millisinin məşqçisi: Gimnaziadada öz idmançılarımızı favorit hesab edirik MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Zlatibor, 8 aprel, Cavid Əliyev

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında mübarizə aparacaq qız güləşçilərdən ibarət Azərbaycan millisinin məşqçisi Solmaz Adilova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Bu gün Azərbaycanın qız güləşçiləri Gimnaziadada mübarizəya start verirlər. Gözləntiləriniz nələrdir?

- İki-üç qızdan başqa, digərlərinin ilk yarışıdır. Komandamızın bəzi üzvləri ötən il U-15 Avropa çempionatında iştirak ediblər. Gimnaziadada mübarizə aparacaq bütün qızlar yerli idmançılarımızdır. Hər üç əyarlı - qızıl, gümüş və bürünc medalların olacağını gözləyirəm. Çox yaxşı hazırlaşmışıq. Sadəcə, bir çoxunun ilk yarışı olduğu üçün həyacan ola bilər. Həyəcanı dəf edə bilsələr, nəticəmiz uğurlu olacaq. Buraya gətirdiyimiz qızları sırf medal üçün hazırlamışıq. Hətta həyətdə bir ad var ki, o, gələcəkdə Azərbaycanın güləş tarixinə düşəcək.

- Hansı ölkədən olan rəqibləri daha güclü hesab edirsiniz?

- Güləş tarixində bir çox uğurlara imza atmış Ukrayna, Türkiyə komandaları buradadır. Onların heyətində yaxşı idmançılar var. Lakin biz də zəif deyilik. Öz idmançılarımızı favorit hesab edirik.

- Azərbaycanda qadın güləşinin inkişafı barədə nə deyə bilərsiniz?

- Biz güləşdiyimiz dövrdə də respublika çempionatı keçirilirdi. Lakin həmin vaxt 5-6 güləşçini eyni çəki dərəcəsina salırdılar. Aprelin 19-da başlayacaq U-15 və U-17 respublika çempionatlarında idmançı sayı çoxdur. 15 yaşlılarda 80-dən çox ad var. Əvvəlki illərlə müqayisədə, indi Azərbaycan güləşinə axın çoxdur. Sevindirici hal odur ki, bölgələrdən də bizimlə əlaqə saxlayıb, güləşə yazılmaq istəyənlər var.

- Bölgələrdə seleksiya işləri aparırsınız?

- Azərbaycan Güləş Federasiyası respublika çempionatlarını rayonlarda təşkil edir. Bu da seleksiya işləri üçün atılan addımlardan biridir.

- Azərbaycanın hansı bölgələrində qadın güləşinə maraq daha böyükdür?

- Son dövrlərdə qeydə alınan nəticələr valideynlərdə güləşə olan marağı artırıb. Artıq özləri uşaqlarını bu idman növünə yazdırırlar. Gəncə, Qax, Astaradan Bakıya gələnlər var. Amma digər rayonlardan da müraciət edirlər.

- Sizcə, qızlar arasında bu idman növünə marağı artırmaq üçün hansı işlər görülməlidir?

- Əvvəllər sosial şəbəkələrdə məşqlərdən videolar paylaşırdım. Bu, həm güləşçinin özünü, həm də kənarda olan qızları güləşə həvəsləndirir. İndi bir kitab üzərində işləyirəm. Həmin kitab bütün idman növlərində mübarizə aparan qızları həvəsləndirəcək. Çap olunduqdan sonra bütün federasiyalara hədiyyə etmək istəyirəm. İstəyim qızlarımızın həmin kitabı oxuyaraq, yarışlara motivasiyalı hazırlaşmağıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri