Icma.az
close
up
RU
Azərbaycan qışda da turistlərə gəl gəl deyir

Azərbaycan qışda da turistlərə gəl gəl deyir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu sahənin inkişafı həm ölkəmizi tanıdır, həm də qazanc gətirir

Son illər Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb, uğurlu layihələr həyata keçirilib. Reallaşan dövlət proqramları, yüzlərlə turizm şirkətinin fəaliyyəti, bu yöndə marşrutların yaradılması Azərbaycanı turizm ölkəsi kimi tanıdıb. Sevindirici haldır ki, bu reallıqların və turizm sahəsinə ayrılan diqqətin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ilbəil nəzərəçarpan dərəcədə artım müşahidə olunur.

Azərbaycanda bir neçə gündür ki, qış turizmi mövsümünə start verilib. Qış turizmi insanların istirahət, sağlamlıq və idman məqsədilə səyahət etməsini əhatə edən mühüm turizm sahəsidir. Qarla örtülmüş dağlar, şaxtalı hava və təbiətin özünəməxsus gözəlliyi qış turizmini digər mövsüm turizmlərindən fərqləndirir. Bu turizm növü həm macəra sevənlər, həm də sakit istirahət axtaranlar üçün geniş imkanlar yaradır. Qış aylarında termal sular, sanatoriyalar və SPA mərkəzlərinə səyahətlər də sağlamlıq turizminin inkişafına səbəb olur. İnsanlar soyuq havada həm dincəlir, həm də sağlamlıqlarını möhkəmləndirirlər. Eləcə də qış turizmi regionların sosial-iqtisadi inkişafında da mühüm rol oynayır. Turist axını otellərin, nəqliyyatın, ictimai iaşə obyektlərinin fəaliyyətini canlandırır, yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Xüsusilə dağlıq ərazilərdə yaşayan əhali üçün qış turizmi əlavə gəlir mənbəyinə çevrilir. 

Azərbaycanda uğurlu layihələrdən və ilk dağ-xizək kurortu olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərmək iqtidarındadır. Həmçinin, kompleks müasir tələblərə cavab verir. “Şahdağ” Qış-Yay Turizm Kompleksi və “Tufandağ” Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə, xüsusilə də körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq göstərilir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən “Şahdağ” turizm kompleksinin ərazisi 2058 hektardır. “Şahdağ” Qış-Yay Turizm Kompleksinə daxil olan “Qaya” və “Zirvə” mehmanxanalarının fəaliyyəti də turistlərin istirahətinə daha geniş imkanlar yaradır. Eləcə də Qusar və Qəbələdə yaradılan istirahət guşələri onu göstərir ki,  Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkana malik ölkələrdəndir. “Şahdağ” Turizm Mərkəzi QSCnin sədri Rüstəm Nəcəfovun verdiyi məlumata görə, 2025-ci ilin 1 yanvar – 15 dekabr tarixlərində mərkəzə səfər edən ziyarətçilərinin sayı 300 mindən çox olub. O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib. 

Qış turizminin ən sevilən yerlərindən olan “Şahdağ” təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda, yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilib. Belə ki,  kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionu inşa edilir. Həmçinin bu ilin qış mövsümündə “Şahdağ” dağ xizəyi üzrə Azərbaycan çempionatına, xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək. Onu da qeyd edək ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-yə, uzunluğu isə 45 kilometrə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı, qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb. 

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanda qış turizminin, eləcə də digər  növlərinin coğrafiyasını  genişləndirmək istiqamətində 30 illik erməni işğalından azad edilmiş Qarabağ və ətraf rayonlarda da böyük imkanlar vardır. Digər bölgələrimizlə yanaşı, Qarabağ torpaqları bütün imkanları ilə ən vacib  regionlardan biridir və turizm potensialı kifayət qədər genişdir. Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyi, zəngin ehtiyatlara, nadir təbii iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açıb. 

İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan füsunkar Qarabağ, sözsüz ki, yaxın illərdə ölkə turizminin inkişafına güclü təkan verəcək. Əzəli torpaqlarımız – Ağdam, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocalı, Xocavənd və Hadrut, eləcə də, erməni vandallarının darmadağın etdiyi digər yurd yerlərimiz əsl cənnətə çevriləcək. Təbii ki, yaxın gələcəkdə bu yerlər böyük turist axınına səbəb olacaq. 

Turizm üzrə ekspert Rəhman Quliyev bu sahənin inkişafı ilə bağlı XQ-yə açıqlamasında bildirib ki, qış turizmi bir çox ölkələr üçün mühüm gəlir mənbəyidir. İsveçrə, Avstriya, Kanada kimi dövlətlərdə xüsusilə qış turizmi dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynayır. Sözsüz ki, ölkəmiz coğrafi mövqeyi və təbii iqlim şəraiti ilə qış turizminin inkişafı üçün böyük potensiala malikdir. 

Ekspert hesab edir ki, ilk növbədə, infrastrukturun təkmilləşdirilməsi vacibdir. Qış turizmi mərkəzlərinə gedən yolların keyfiyyəti artırılmalı, ictimai nəqliyyat və hava limanları ilə əlaqə gücləndirilməlidir. Turistlər üçün rahat otellər, xizək mərkəzləri, kanat yolları və istirahət zonaları daha müasir səviyyədə qurulmalıdır. İkinci mühüm məsələ xidmət keyfiyyətinin yüksəldilməsidir. Otellərdə, restoranlarda və turizm obyektlərində çalışan personal peşəkar təlimlərdən keçməli, xarici dil bilməli və turistlərlə düzgün ünsiyyət qurmağı bacarmalıdır. Bu, turist məmnuniyyətini artıraraq onların yenidən ölkəmizə gəlməsinə şərait yaradar. Bundan əlavə, reklam və tanıtım işləri gücləndirilməlidir. 

Habelə, Azərbaycanın qış turizmi imkanları beynəlxalq sərgilərdə, sosial şəbəkələrdə və turizm platformalarında daha fəal şəkildə tanıdılmalıdır. Xüsusilə “Şahdağ”, “Tufandağ” kimi və gələcəkdə işgaldan azad olunmuş dağlıq rayonlarımızda tikiləcək qış turizmi mərkəzlərinin dünya miqyasında brendə çevrilməsi məqsədəuyğundur. 

Digər tərəfdən, qiymət siyasəti də turist cəlbediciliyində mühüm rol oynayır. Daha münasib qiymətli tur paketləri, ailə və tələbələr üçün endirimlər turist axınını artıra bilər. Eyni zamanda, yerli sahibkarlara dövlət tərəfindən güzəştlərin verilməsi turizm sektorunun genişlənməsinə kömək edər. 

R.Quliyev daha sonra qeyd etdi ki, qış turizminin inkişafı üçün kompleks yanaşma tələb olunur. İnfrastrukturun yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması, güclü reklam və düzgün qiymət siyasəti ölkəmizdə qış turizminin ilbəil inkişaf etməsinə və turist sayının artmasına səbəb olacaq. Bu sahənin inkişafı gələcəkdə dövlət büdcəsinə də ciddi iqtisadi töhfə verəcək.

Müşfiq Mirzə

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri