Icma.az
close
up
RU
Cənnət Qarabağ indidən turistlərə gəl gəl deyir

Cənnət Qarabağ indidən turistlərə gəl gəl deyir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağ torpaqları bu gün müasir Azərbaycanın dirçəliş-yüksəliş meydanına çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun həyatına yeni nəfəs verir. Yollar, hava limanları, enerji və rabitə infrastrukturu sürətlə qurulur, şəhər və kəndlər yenidən salınır. Qarabağ təkcə fiziki deyil, mənəvi və sosial baxımdan da boy atır, xalqımızın əzmini, birliyini və gələcəyə inamını ifadə edən rəmzə çevrilir.

Quruculuq prosesinin tərkib hissəsi kimi turizm sahəsinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Bölgənin əlverişli coğrafiyası, füsunkar təbiəti, kənd təsərrüfatı ənənələri aqroturizm üçün böyük imkanlar yaradır. Kənd Yaşıl Turizminə Dəstək İctimai Birliyinin sədri, Qarabağ Universitetinin müəllimi Qəhrəman Yusupovun “Xalq qəzeti”nə verdiyi açıqlamada bildirir:

– Aqroturizm, sadəcə, istirahət növü deyil, həm də öyrənmək, kənd həyatını yaxından yaşamaq, təbiətlə birbaşa təmasda olmaq fürsətidir.

– Müasir insanın kəndə üz tutmasının səbəbi yalnız təbiətlə təmas arzusu deyil, eyni zamanda sadə, təbii həyat tərzinə qayıdış ehtiyacıdır. Aqroturizm bu baxımdan kənd həyatını şəhər sakinlərinə daha yaxın edir. Turistlər kənd ailələrinin evlərində qalmaqla yerli mətbəxi dadır, təbii qidalarla qidalanır, əkinçilik, maldarlıq, bağçılıq və arıçılıq sahələrində könüllü iştirak edirlər. Bu proses onları kənd həyatının fəal iştirakçısına çevirir.

Turistlər məqsədlərinə görə 2 qrupa ayrılır. Birinci qrup təbiətlə ünsiyyət, sakitlik və istirahət axtaranlardır. Onlar kənd evlərində yerləşərək gündəlik kənd həyatını izləyir, yerli məhsullarla qidalanır, sərbəst şəkildə kənd ətrafında gəzintilərə çıxır və sadəcə atmosferdən zövq alırlar. İkinci qrup isə kənd təsərrüfatına daha dərindən maraq göstərənlərdir. Bu kateqoriyaya aid olan turistlər kənddəki fəaliyyətlərə qoşularaq bilik və bacarıqlar əldə etməyə can atırlar. Səhərlər quş səsləri ilə oyanmaq, bostandan məhsul toplamaq, arı pətəklərindən bal süzmək, təzə südün dadına baxmaq istəyirlər.

Bütün bunlar şəhər sakinləri üçün əlçatmaz xəyallar kimi görünsə də, Qarabağda reallığa çevrilir. Bu fəaliyyətlər həm şəxsi inkişaf baxımından əhəmiyyətlidir, həm də yerli icmalarla mədəni mübadiləni təşviq edir. Beləliklə, aqroturizm həm öyrədir, həm də birbaşa kənd həyatını yaşamaq imkanı yaradır.

Qəhrəman Yusupovun fikrincə, bu sahədə Qarabağ böyük potensiala malikdir:

– Füzuli və Xocavənd rayonlarında həyata keçirilən layihələr, yaradılan marşrutlar və müasir infrastruktur bu rayonları Cənubi Qafqazın aparıcı aqroturizm mərkəzlərinə çevirir. Xüsusilə Füzulidəki beynəlxalq hava limanı, inkişaf edən logistika sistemi və Zəngəzur dəhlizinin buradan keçməsi bölgənin strateji əhəmiyyətini daha da artırır.

Qarabağda aqroturizm istiqamətində seçilən məkanlardan biri də Tuğ kəndidir. Tarixən üzümçülük və şərabçılıqla tanınan bu kənddə müasir turizm komplekslərinin yaradılması nəzərdə tutulur. Turistlər bu komplekslərdə yalnız məhsulların dadına baxmaqla kifayətlənməyəcək, həm də istehsal prosesində iştirak edərək yerli həyat tərzini yaxından tanıyacaqlar. Keçiriləcək festivallar və təqdimatlar isə regionun turizm cəlbediciliyini daha da artıracaq.

Hadrut qəsəbəsi də aqroturizm üçün əlverişli məkandır. Meşəlik dağların ətəyində yerləşən bu yaşayış məntəqəsi kənd həyatının orijinallığını qoruyur. Burada bağçılıq, arıçılıq, heyvandarlıq kimi sahələrdə interaktiv turların təşkili üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Laçın, Kəlbəcər, Zəngilan və Ağdam kimi dağlıq və dağətəyi rayonlar da aqroturizm baxımından geniş potensiala malikdir. Bu bölgələrdə formalaşmış kənd təsərrüfatı ənənələri və füsunkar təbiət resursları aqroturizmin dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır.

Laçının sərin yaylaqları, təmiz havası və gözəl təbiəti burada həm ekoloji istirahət, həm də kənd həyatına inteqrasiya üçün əlverişlidir. Maldarlıq və arıçılıq təsərrüfatlarında iştirak, yerli süd məhsullarının hazırlanması prosesinin izlənilməsi, kənd evlərində istirahət, təbii bal, təndir çörəyi və yerli mətbəx nümunələri turistlər üçün unudulmaz təəssüratlar yaradacaq. Eyni zamanda, burada yaradılacaq ailəvi istirahət zonaları və yaylaq məskənləri kənd həyatını dolğun təqdim edəcək.

Kəlbəcər isə mineral bulaqları, geniş otlaq sahələri və füsunkar mənzərələri ilə fərqlənir. Burada dağ turizmi ilə aqroturizmin vəhdəti yaradılaraq turistlərə həm kənd həyatını, həm də təbiətlə baş-başa istirahəti yaşamaq imkanı veriləcək. Saf təbiət, qonaqpərvər yerli əhali bu bölgəni daha da cəlbedici edir.

Zəngilan meyvə bağları ilə tanınır. Bu bağlar istirahət və öyrənmə yönümlü marşrutların formalaşmasına əlverişli zəmin yaradır. Ağdamda isə nar bağları və zəngin mətbəx nümunələri aqroturizmə xüsusi rəng qatacaq. Turistlər burada məhsul yığımında iştirak edəcək, həm də yeməklərin hazırlanması prosesini yaxından izləyə biləcəklər.

– Müsahibimiz sonda bir məsələyə də toxundu və bildirdi ki, bu sahədə beynəlxalq təcrübədən də istifadə olunmalıdır:

– İtaliya, Almaniya, Fransa, Avstraliya və Böyük Britaniya kimi ölkələrdə aqroturizm inkişaf etmiş sahə kimi formalaşıb. Onların təcrübəsi Azərbaycanda sahənin inkişafına faydalı töhfə verə bilər. Aqroturizm təkcə şəhər mühitindən kənd mühitinə keçid deyil, həm də unikal həyat tərzinin yaşanması, yeni bacarıqların əldə olunması və fermer həyatının bir hissəsinə çevrilmək fürsətidir.

Hazırda ölkədə bəzi tur operatorları tərəfindən təşkil olunan “aqrar turlar” adətən fermalara qısa səfərlər və məhsul yığımında simvolik iştirakla məhdudlaşır. Turistlər meyvə bağlarında 1–2 saat məhsul yığımında iştirak edib, yığdıqları məhsulun pulunu ödəyərək oradan ayrılırlar. Bu isə əsl aqroturizmdən çox ekskursiyalara bənzəyir. Artıq ekskursiyalara deyil, aqroturizmə önəm verməyin vaxtıdır. İnanıram ki, Qarabağda bu sahəyə dövlət tərəfindən göstərilən dəstək aqroturizmi yeni mərhələyə daşıyacaq. Prezident İlham Əliyevin tapşırığı ilə kənd təsərrüfatı, yerli sənətkarlıq və turizm infrastrukturunun inkişafına yönəlik kompleks tədbirlər tezliklə nəticəsini verəcək.

– Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Mahir Zeynalov isə “Xalq qəzeti”nə verdiyi açıqlamasında bildirdi:

– Qarabağ bölgəsi Azərbaycanın həm tarixi kökləri, həm də strateji əhəmiyyəti baxımından ölkəmizin ən mühüm ərazilərindən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən məqsədyönlü siyasət bu ərazilərin bərpası və dirçəldilməsi istiqamətində mühüm dönüş nöqtəsi olub.

Bu prosesdə iqtisadi və sosial inkişaf başlıca prioritet kimi müəyyən olunub və bu yanaşma Dövlət proqramlarında da öz əksini tapır. Belə proqramlardan biri də ölkə başçısının 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”dır. Proqramda qarşıya qoyulan əsas hədəflərdən biri kimi aqroturizmin inkişafı xüsusi qeyd olunur.

Bu istiqamətdə həyata keçirilən tədbirlər Kəlbəcər, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonlarında aqroturizm potensialının qiymətləndirilməsi və tətbiqini nəzərdə tutur. Aqroturizmin inkişafı bu bölgələrin kompleks şəkildə inkişafına və dayanıqlı sosial-iqtisadi sistemin qurulmasına xidmət edən mühüm alətə çevrilir.

– Şöbə müdiri daha sonra qeyd etdi ki, aqroturizm yalnız istirahət və rekreasiya vasitəsi deyil, eyni zamanda kənd yerlərində yaşayan əhali üçün yeni iqtisadi imkanlar, əlavə gəlir mənbəyi və sosial rifah deməkdir:

– Turistlərin kəndlərə artan marağı nəticəsində yerli sakinlər öz təsərrüfatlarını turizm obyektlərinə çevirməyə başlayır, bu isə kənd həyatının iqtisadi cəhətdən cazibədar olmasına və əhalinin doğma yurdlarına dönüşünə mühüm stimul yaradır.

Dünyada mövcud təcrübələr də göstərir ki, aqroturizm regionların inkişafında effektiv mexanizmdir. Avropa ölkələrində kənd turizminə maraq sürətlə artır. Turistlər yerli məhsulları, o cümlədən pendir, ət, meyvə-tərəvəz kimi nemətləri birbaşa istehsalçının təqdimatında dadmaqdan zövq alırlar. Azərbaycanda da bu sahəyə göstərilən dövlət dəstəyi və sahibkarlıq təşəbbüsləri Qarabağda aqroturizmin inkişafı üçün yeni imkanlar yaradır.

Aqroturizmin inkişafı təkcə iqtisadi deyil, həm də mədəni və ictimai baxımdan əhəmiyyətlidir. Belə ki, turistlərlə yerli əhali arasında yaranan ünsiyyət milli mətbəximizin, adət-ənənələrimizin və yaşayış tərzimizin təbliğinə şərait yaradır. Bu isə həm daxili, həm də beynəlxalq turizm bazarında Qarabağın nüfuzunun artmasına xidmət edir. Post-münaqişə dövründə olan Qarabağ üçün aqroturizm təkcə iqtisadi mexanizm deyil, həm də sosial reinteqrasiya vasitəsidir. Doğma torpaqlara qayıdan vətəndaşlarımız öz ənənəvi təsərrüfatlarını bərpa edərək kənd həyatını yenidən dirçəldəcək və eyni zamanda müasir turizm infrastrukturu ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcəklər.

Müsahiblərimizin dediklərini onunla yekunlaşdıraq ki, dövlət bu istiqamətdə sahibkarlara geniş dəstək tədbirləri təqdim edir. Aqroturizmin inkişafı tezliklə Qarabağ və Şərqi Zəngəzurun sosial və iqtisadi dirçəlişində aparıcı rol oynayacaq. Bu sahənin yaxın gələcəkdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda əsas istiqamətlərdən birinə çevriləcəyi gözlənilir.

Beləliklə, Qarabağda aqroturizmin inkişafı yalnız iqtisadi deyil, həm də milli-mədəni irsin qorunması, kənd həyatının canlandırılması və əhalinin vətənə bağlılıq hissinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu strategiya Azərbaycanın gələcəyinə olan inamı, milli birliyi və əzmi daha da möhkəmləndirir.

Pünhan Ə.
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri