Icma.az
close
up
RU
Azərbaycan qlobal dialoq təşəbbüskarı kimi mövqeyini ardıcıl şəkildə gücləndirir ŞƏRH

Azərbaycan qlobal dialoq təşəbbüskarı kimi mövqeyini ardıcıl şəkildə gücləndirir ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 mart, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemi dərin struktur transformasiya mərhələsinə daxil olub. Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin intensivləşməsi və beynəlxalq institutların effektivliyinin azalması yeni geosiyasi reallıqlar formalaşdırıb. Məhz belə mürəkkəb bir dövrdə keçirilən XIII Qlobal Bakı Forumu qlobal səviyyədə siyasi dialoq, strateji düşüncə və alternativ yanaşmalar üçün mühüm platforma kimi çıxış edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Forumun əsas müzakirə istiqamətlərindən biri beynəlxalq təhlükəsizlik sisteminin transformasiyası oldu. Müasir dövrdə böyük güclər arasında rəqabət dərinləşir, regional münaqişələr qlobal xarakter alır və klassik təhlükəsizlik anlayışı genişlənərək hibrid və kiber təhlükələri də əhatə edir. Eyni zamanda, davam edən müharibələr yalnız regional deyil, qlobal təhlükəsizlik sisteminə təsir edən amil kimi qiymətləndirilir. Yeni dünya nizamı artıq təkqütblü deyil, fraqmentasiya olunmuş və qeyri-sabit xarakter daşıyır.

“Artıq müasir mərhələdə enerji iqtisadi resurs olmaqla yanaşı, geosiyasi təsir alətinə çevrilib. Bu çərçivədə enerji marşrutlarının diversifikasiyası, alternativ mənbələrin inkişafı və enerji təhlükəsizliyinin təmin olunması Forumda geniş müzakirə edildi. Buna görə ölkəmizin də Avropanın enerji təhlükəsizliyində alternativ mənbə, Xəzər regionunun enerji mərkəzi, sabit və etibarlı tərəfdaş kimi çıxış etdiyi qeyd edildi",- deyə Y.Hacızadə vurğulayıb.

Politoloq əlavə edib ki, Forumun müasir çağırışlara cavab verən mühüm istiqamətlərindən biri də iqlim və urbanizasiya məsələləri idi. Müzakirələrdə qeyd olundu ki, iqlim dəyişmələri artıq təhlükəsizlik faktoruna çevrilir, şəhərlər iqtisadi inkişafın əsas mərkəzi olmaqla yanaşı, risk zonalarına çevrilir, “ağıllı şəhər” və yaşıl enerji modelləri qaçılmaz istiqamətdir. Bu kontekstdə şəhərsalma siyasətinin yalnız texniki deyil, strateji və təhlükəsizlik məsələsi kimi dəyərləndirilməsi diqqət çəkirdi.

Müzakirələrdə beynəlxalq təşkilatların, xüsusilə klassik qlobal institutların effektivliyinin azalması xüsusi vurğulandı. Bu vəziyyət yeni əməkdaşlıq formatlarının yaranmasını, regional platformaların rolunun artmasını, qeyri-rəsmi diplomatiyanın güclənməsini zəruri edir. Bu baxımdan Forum alternativ qlobal dialoq mexanizmi kimi çıxış edərək siyasi boşluğu müəyyən qədər doldurur.

“XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, müasir dünya dərin transformasiya mərhələsindədir və bu mərhələdə dialoq alternativsizdir, çoxtərəfli əməkdaşlıq zəruridir, regional platformaların rolu artır. Forum yalnız müzakirə meydanı deyil, həm də yeni geosiyasi ideyaların və strateji yanaşmaların formalaşdığı intellektual mərkəz kimi çıxış edir. Azərbaycan isə bu prosesdə həm regional lider, həm də qlobal dialoq təşəbbüskarı kimi mövqeyini ardıcıl şəkildə gücləndirir", - deyə politoloq əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Mart 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri