Icma.az
close
up
RU
Azərbaycan Qlobal enerji zəncirinin vacib iştirakçılarından biri kimi

Azərbaycan Qlobal enerji zəncirinin vacib iştirakçılarından biri kimi

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

1990-cı illərin əvvəlində müstəqilliyinə qovuşmuş Azərbaycan bütün dünya dövlətləri tərəfindən tanındıqdan sonra, Azərbaycan xalqına aid olan təbii sərvətlərin düzgün idarə olunmasını və bölgüsünü şəffaf apararaq, dövlət maraqlarını təmin etməklə hər bir iddialı tərəfin maraqlarının təmin olunmasına çalışıb.
1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsi o zaman dünyanın və regionun gələcək inkişafında bütün tərəflərin maraqlarını təmin etməklə bu günə qədər öz dayanıqlılığını qoruyub saxlayıb. Əsrin Müqaviləsinin icrası eyni zamanda Azərbaycan dövlətinin dünyada tanınmasına, nüfuzunun artmasına gətirib çıxarmış, eləcə də etibarlı tərəfdaşa çevirmişdir. Məhz müstəqilliyimizin əsaslarından biri olan neft müqaviləsi iqtisadiyyatımızın inkişafına, İkinci Qarabağ-Vətən Müharibəsində Zəfərimizin əldə olunmasında mühüm maliyyə mənbəyinə çevrildi.
Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətini prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Qərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji siyasətinə olan sadiqliyi Avropa İttifaqının, eləcə də Avropa İttifaqına üzv dövlətlərin Azərbaycana olan marağını artırmaqdadır.
Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır.
Son illərdə ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb. Belə ki, 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkətləri əhatə edən TAP və TANAP qaz kəmərlərinin şaxələndirilməsi işinə töhfə verərək bu gün istehsal etdiyi qazın Avropa bazarına çatdırmağa nail olub. Həmçinin, etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində də iştirakı ilə bu gün yeni uğur hekayəsi yazır.
Bütün bu uğurların, həyata keçirilən düzgün və ardıcıl enerji siyasətinin nəticəsinə dünya ictimaiyyəti bu günlərdə Bakı Enerji Həftəsi çərçivəsində şahidlik edir. Həftənin ən diqqətəlayiq məqamlarından biri isə Amerika Birşləmiş Ştatlarının, Birləşmiş Krallığın və Türkiyə Cümhuriyyəti liderlərinin bu tədbirə xüsusi diqqət yetirməsi və Azərbaycan Prezidentinin şəxsinə, o cümlədən bütün tədbir iştirakçılarına edilən xoş müraciətlər idi. Bu müraciətlər Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olaraq beynəlxalq aləmdə yüksək nüfuz qazandığının bariz nümunəsidir.
01 iyun 2026-cı il tarixində Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, enerji resurslarından əldə olunan gəlirlərin səmərəli idarə olunması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, qlobal və regional layihələrdə fəal iştirakına, eləcə də beynəlxalq müstəvidə qəbul edilən qərarların icrasında etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb.
Heç kəsə sirr deyil ki, bu gün dünyada iqtisadi və geosiyasi proseslərin yeni mərhələyə qədəm qoyması enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır. Belə bir şəraitdə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti yalnız iqtisadi məqsədlərə deyil, həm də milli maraqların qorunmasına və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində aparılan danışıqların nəticəsiz qalması, bəzi böyük dövlətlərin ikili standartlardan çıxış etməsi ölkəmizin qarşısında ciddi maneələr yaratmışdı. Lakin, enerji layihələrinin uğurla həyata keçirilməsi və bu sahədə götürülmüş öhdəliklərin peşəkar şəkildə idarə olunması Azərbaycanın iqtisadi və hərbi gücünün artmasına, müasir və qüdrətli ordunun formalaşdırılmasına şərait yaratdı. Nəticədə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi.
Bu gün ölkəmiz qlobal iqtisadiyyatda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və qlobal enerji zəncirinin vacib iştirakçılarından biri kimi çıxış edir. İldən-ilə qazla təchiz etdiyimiz ölkələrin sayının artması, xüsusilə Avropa İttifaqına üzv olan ölkələrin çoxluq təşkil etməsi bir daha Azərbaycanın Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu ortaya qoyur.
Beləliklə, Bakı Enerji Həftəsi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoymaqla, əldə olunan nailiyyətlərin, enerji diplomatiyasının uğurlarının və gələcək inkişaf perspektivlərinin təqdim olunduğu mühüm beynəlxalq platforma olaraq öz əhəmiyyətini qoruyub saxlayır.
Burada özəl şirkətlərin ənənəvi və alternativ enerji mənbələrindən səmərəli idarə olunması üçün təşkil olunmuş sərgilərdə təmsil olunması, bu sahədə yeniliklərin, qarşılıqlı uğurlu layihələrin təqdimatlarının hər bir iştirakçı tərəf üçün əlavə yeni-yeni imkanlar yaradacağını əminliklə söyləməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyun 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri