Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Azərbaycan qlobal məkanda regional güc

Azərbaycan qlobal məkanda regional güc

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlərdə öz rolunu fəal şəkildə gücləndirir, mühüm tədbirlərin və təşəbbüslərin təşkilatçısı kimi çıxış edir. Avropa və Asiyanın kəsişməsində yerləşməsi ölkəmizi dialoq üçün əlverişli məkana çevirir. Bu mənada, Qarabağ Universitetində 7-ci ADA Siyasi Forumu çərçivəsində 2 mühüm panel sessiyanın keçirilməsi dediklərimizi əyani şəkildə təsdiqləyir.

Qarabağ Universitetində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci paneldə “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə edildi. İkinci paneldə isə “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olundu. Paneldə müzakirələr ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadənun moderatorluğu ilə aparıldı. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları da gündəmə gətirildi.

Əlbəttə, bu gün müasir dünya qlobal siyasətin, iqtisadiyyatın və cəmiyyətin bütün aspektlərinə təsir edən dərin dəyişikliklər dövrünü yaşayır. Rəqəmsallaşma və texnoloji irəliləyişlər qlobal iqtisadiyyatı və rabitəni kökündən dəyişdirir. Süni intellekt, blokçeyn və digər yeniliklər inteqrasiya proseslərini sürətləndirməklə yanaşı, həm də dünya üçün kibertəhlükəsizlik, məlumatların qorunması və resursların ədalətli bölüşdürülməsi kimi yeni problemlər yaradır. Eyni zamanda, iqlim dəyişikliyi, demoqrafik dəyişikliklər, miqrasiya və pandemiya ölkələr arasında daha sıx əməkdaşlıq tələb edir. Buna görə də, qlobal problemlərin daha effektiv həlli üçün qlobal miqyasda dialoqun aparılmasına həmişə zərurət var.

Bu da bir faktdır ki, geosiyasi dəyişikliklər hökumətlərin və beynəlxalq münasibətlərin müxtəlif aspektlərinə təsir edərək regional suverenliyə əhəmiyyətli təsir göstərir. Burada ilk aspekt güc balansının dəyişməsidir. Belə ki, güclərin geosiyasi balansında dəyişikliklər dövlətlər və regional bloklar arasında təsir dairəsinin yenidən bölüşdürülməsinə səbəb olur. Bu, iqtisadi və hərbi gücü daha az güclü ölkələrin suverenliyini zəiflədə, onları böyük dövlətlərin qərarlarından daha çox asılı vəziyyətə sala bilər.

Regional süverenliyə təsir göstərən ikinci amil iqtisadi qarşılıqlı fəaliyyətdir. Qloballaşma və iqtisadi qarşılıqlı asılılıq müstəqil iqtisadi qərarlar qəbul etməkdə dövlətlərin suverenliyini məhdudlaşdıra bilər. Eyni zamanda, beynəlxalq ticarət müqavilələrinin və maliyyə institutlarının milli iqtisadi siyasətlərə məhdudiyyətlər qoya bilmələrini də qeyd etmək vacibdir. Məsələn, ölkələrə qarşı tətbiq edilən iqtisadi sanksiyalar onların iqtisadi suverenliyini ciddi şəkildə məhdudlaşdırır.

Dövlətlərin süverenliyinə təsir göstərən amillər arasında informasiya sahəsi də var. İnformasiya texnologiyalarının və sosial şəbəkələrin inkişafı informasiya sferasında milli suverenliyə təsir göstərə bilər. Bundan əlavə, informasiya məkanına xarici müdaxilə milli informasiya təhlükəsizliyinə xələl gətirə və ictimai rəyə təsir göstərə bilər. Məsələn, hökumət strukturlarına kiberhücumların həyata keçirilməsi və ya sosial şəbəkələr vasitəsilə seçkilərə təsir göstərilməsi hazırda bütün dövlətləri narahat edir.

Dövlətlərin milli süverenliklətinə daha çox təsir amillər arasında hərbi münaqişələrin yer alması heç kimə sirr deyil. Hərbi münaqişələr və müdaxilələr dövlətlərin suverenliyini birbaşa poza bilən xarici təsirlərdən biridir. Ölkələrin daxili işlərinə kənardan müdaxilənin ərazi və siyasi proseslər üzərində nəzarətin itirilməsinə gətirib çıxara biləcəyi də hamıya məlumdur.

Bütövlükdə, geosiyasi dəyişikliklər dövlətlərin öz suverenliyini qorumaq və beynəlxalq əməkdaşlıqda iştirak etmək arasında tarazlıq yaratmalı olduğu mürəkkəb və dinamik mühit yaradır. Bu mənada, strateji mövqeyi, zəngin resursları və aktiv xarici siyasəti Azərbaycanı sürətlə dəyişən beynəlxalq müstəvidə mühüm oyunçuya çevirir. Qlobal koordinat sisteminin transformasiyası kontekstində ölkəmiz nəinki uyğunlaşmağa, həm də yeni dünya düzəninin formalaşmasına da öz töhfəsini verir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın 2020-ci ildə Qarabağ münaqişəsində qələbəsi və 2023-cü ildə ərazilərin yekun olaraq qaytarılması ölkənin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirdi. Bu, həm də infrastruktur layihələrinə (Zəngəzur dəhlizi) təkan verdi, Azərbaycanın Xəzər, Transqafqaz və Avropa arasında tranzit qovşağı kimi əhəmiyyətini artırdı. Buna görə də, birmənalı şəkildə deyə bilərik ki, yeni dünya düzənində Azərbaycan Şərqlə Qərb arasında, sadəcə, “körpü” deyil, Bakı regional proseslərə təsir göstərmək və qlobal transformasiyada iştirak etmək iqtidarında olan müstəqil aktordur.

Beləliklə, hadisələrin gözlənilməz hala gəldiyi bir dünyada milli maraqların qorunması ilə bərabər sürətlə dəyişən dünyada qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələrin yaradılması istiqamətində güclü siyasət yürüdən Azərbaycan nümayiş etdirir ki, yeni geosiyasət şəraitində hər hansı bir hərbi və iqtisadi bloklara qoşulmayan dövlətlər ancaq düşünülmüş strategiya əsasında öz suverenliyini möhkəmləndirə bilər və dialoqun fasiləsiz aparılması, eyni zamanda, hər bir dövlətin prioritet saydığı sahələrdə əməkdaşlığın gücləndirilməsi strateji vəzifə olaraq qalmalıdır.

Əlbəttə, qlobal risklər hər zaman olacaq və məhz strateji düşünən dövlətlər sürətlə dəyişən reallıqlara uyğunlaşa biləcəklər. Azərbaycan yürütdüyü siyasət ilə sübut edir ki, geosiyasi dəyişikliklərin özü ilə gətirdiyi yeni çağırışlara adekvat cavab vermək potensialına malikdir. Coğrafiya tale olaraq qalır, lakin XXI əsrdə tale öz hüdudlarından daha geniş düşünə bilənləri də sevir. Azərbaycan məhz belə düşünən və siyasət yürüdənlərdəndir.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri