Icma.az
close
up
RU
Azərbaycan ŞƏT ailəsində: regional sabitlikdən qlobal inteqrasiyaya

Azərbaycan ŞƏT ailəsində: regional sabitlikdən qlobal inteqrasiyaya

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Avrasiyanın yarısından çoxunu, qlobal ümumi daxili məhsulun isə dörddə birini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı qlobal güc mərkəzi kimi getdikcə daha böyük maraq doğurur. Enerji layihələrindən tutmuş nəqliyyat dəhlizlərinə, elm və təhsildən turizmə qədər geniş spektrdə əməkdaşlıq məhz Avrasiyanın böyük ailəsinin çərçivəsində gerçəkləşir. ŞƏT-in fəlsəfəsi qarşılıqlı etimad, mehriban qonşuluq, sülh və sabitliyin qorunması, iqtisadi dividendlərə bağlı inkişafdır.

Avqustun 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Tiencində keçirilən “ŞƏT plyus” Zirvə toplantısında, eləcə də xarici hərbi müdaxilə və faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə və hərbi paradda iştirakı tarixi məna daşıyır. Səfər Azərbaycan–Çin münasibətlərinin davamlı inkişafının, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yeni əməkdaşlıq imkanlarının qapısını açan strateji addımdır. 

Tiencində keçirilən görüşlər iki ölkə arasındakı qarşılıqlı etimadın və tərəfdaşlığın artan nümunəsidir. Bu, həm də Azərbaycanın ŞƏT ailəsində mövqelərinin möhkəmləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır. Qeyd edək ki, dünən Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilib. Sammitə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb.

Bununla yanaşı, təşkilatın Dövlət Başçıları Şurasının 25-ci iclasının yekunları üzrə qəbul edilmiş Tiencin Bəyannaməsi gələcək üçün olduqca böyük perspektiv vəd edir. mumiyyətlə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında 20 sənəd imzalanıb. Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində keçirdiyi görüşlər bir daha onu göstərir ki, nəqliyyat-logistika, enerji və iqtisadi aktivliyin yüksək tempdə davamı Azərbaycan – Çin münasibətlərində prioritet istiqamətdir. Xüsusilə, Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqunla görüş sözügedən aspektlərin müzakirəsi, həmçinin davamlı inkişafın təmini baxımından olduqca vacibdir.

Bakıdan keçən beynəlxalq dəhlizlər Şərqlə Qərbi, Şimal ilə Cənubu birləşdirir. ŞƏT-in genişlənən imkanları Azərbaycanın dünya bazarına çıxışını gücləndirir, sərmayə axınını sürətləndirir, elm və texnologiyada yeni tərəfdaşlıqlar üçün zəmin yaradır. Qlobal güc balansının dəyişdiyi bu dövrdə Azərbaycanın ŞƏT platformasında fəallığı milli iqtisadi maraqlarımızın qorunması ilə yanaşı, regionun gələcəyinə yönəlik strateji seçimdir.

Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında Çin Xalq Respublikasının (ÇXR) xüsusi çəkisi var. Çin özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı amil olaraq qalır. Təsadüfi deyil ki, Çinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə ticarət dövriyyəsi 202-cü ildə 2,7 faiz artaraq 512, milyard dollara çatıb. Bu rəqəm qlobal iqtisadi məkanda yeni güc xəritəsinin cızıldığını göstərir.

ŞƏT çərçivəsində sıx inteqrasiya yalnız Çinin deyil, təşkilat üzvlərinin hər birinin iqtisadi maraqlarını təmin edən yeni əməkdaşlıq modellərini gündəmə gətirir. Bununla yanaşı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə ŞƏT məkanının əhatə olunması rəsmi Pekinin üzv dövlətlərlə əməkdaşlığa artan marağını bir daha nümayiş etdirir. Bu kontekstdə Azərbaycan – Çin əlaqələri yeni üfüqlər açır. Tarixi İpək yolunun varislərindən olan Azərbaycan bu gün də özünün tranzit və logistika imkanları ilə Avrasiyanın iqtisadi inteqrasiyasında mühüm rol oynayır. Təsadüfi deyil ki, 2024-cü ildə Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artması, ikitərəfli əməkdaşlığın genişlənməsi və müxtəlif sahələrdəki mübadilələrdə əhəmiyyətli inkişaf tendensiyaları aktivliyini qoruyub. Ötən il Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub və ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard dollar təşkil edib. Məhz ölkə başçımızın vurğuladığı kimi Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Əlbəttə, bu iki ölkə arasında daha da dərinləşən iqtisadi əməkdaşlığın göstəricisidir.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin illər öncə qəbul etdiyi strateji qərarlar – beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin inkişaf etdirilməsi, ölkəmizin coğrafi üstünlüklərinin səmərəli istifadəsi artıq öz bəhrəsini verir. Azərbaycanın yaratdığı yeni dəhlizlər Avrasiyanın yük daşımalarını yönləndirən alternativ yol xəritəsi kimi diqqət çəkir. Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin inkişafı isə Bakının tranzit mərkəz kimi mövqeyini möhkəmləndirir. Bu gün qlobal iqtisadiyyatın xəritəsini dəyişdirən əsas güclərdən biri nəqliyyat və logistika arteriyalarının düzgün idarə edilməsidir. Bu mənada Bakı–Tbilisi–Qars dəmir yolu, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz və Xəzərin qəlbində yerləşən ən iri qapılardan biri – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın dünyadakı rolunu yeni səviyyəyə qaldırır.

Digər tərəfdən, Orta Dəhlizin strateji çəkisi günbəgün artır. Çindən Avropaya, Avropadan isə Asiyanın dərinliklərinə uzanan yol həm etibarlılığı, həm də sürəti ilə seçilir. Yüklərin Çindən Avropaya ən qısa vaxtda çatdırılması artıq reallığa çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu bu marşrut Avrasiya məkanında yeni iqtisadi nəfəsdir. Bu gün Orta Dəhliz ölkələrin iqtisadi tərəfdaşlığını gücləndirən, siyasi etimadı möhkəmləndirən strateji körpüdür.

Bütün bu səylərin nəticəsi olaraq Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə rekord səviyyəyə – 378 min tona çatıb. Bu, 2023-cü illə müqayisədə 8 faiz artım deməkdir. İqtisadi dinamika da göstərir ki, Azərbaycan öz tranzit missiyasını uğurla yerinə yetirir. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Bu, Azərbaycanın Avrasiyada hab rolunun əyani təsdiqidir.

Azərbaycanın coğrafi mövqeyi, illərlə qurulan müasir infrastruktur və siyasi iradə nəticəsində ölkəmiz Avrasiyanın əsas ticarət dayağına çevrilib. Bu reallıq həm Çinə, həm də digər qlobal oyunçular üçün sərfəlidir. Məhz dövlət başçısının Çinə səfəri bir daha ölkəmizin Avrasiyanın maliyyə və enerji xəritəsində mövqelərini möhkəmləndirir.

Nurlan ABDALOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri