Icma.az
close
up
RU
Azərbaycan qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə olan töhfələrini davam etdirəcək

Azərbaycan qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə olan töhfələrini davam etdirəcək

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Prezident qeyd edib ki, Azərbaycan COP29-un ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir: “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq...”.

Dövlətimizin başçısı çıxışında  beynəlxalq gündəlikdə mühüm məsələlərdən birinə – neokolonializm və iqlim dəyişmələrinə də toxunub. Qeyd edib ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Prezident İlham Əliyevin çıxışı həm Azərbaycan, həm də dünya miqyasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin vizyonu, iqlim dəyişikliyinin qlobal təsirlərini dərindən dərk etməsi və bu məsələdə liderlik göstərmə iradəsi ilə seçilir. İlham Əliyev, kiçik ada dövlətlərinin iqlim fəlakətləri ilə mübarizədə qarşılaşdıqları çətinlikləri və onların yüksək risklərdən sığortalanması üçün beynəlxalq aləmdə daha ciddi addımların atılması zərurətini qeyd edərək, dünya ictimaiyyətini bu məsələyə məsuliyyətlə yanaşmağa çağırıb. Prezidentin çağırışı, yalnız ekoloji deyil, həm də humanitar bir məsələ olaraq qlobal müstəvidə əhəmiyyətini ortaya qoymuşdur. Prezident İlham Əliyevin çıxışı, yalnız anın deyil, gələcəyin də düşünülməsi baxımından olduqca dəyərli idi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə olan töhfələrini davam etdirəcək və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin yanında durmağa davam edəcək. Onun liderliyi, beynəlxalq münasibətlərdə Azərbaycanın güclü bir tərəfdaşa çevrildiyini və qlobal məsuliyyətlərini dərindən anladığını nümayiş etdirir. Prezident İlham Əliyevin COP29 çərçivəsindəki çıxışı, Azərbaycanın qlobal ekoloji liderlik rolunu bir daha göstərdi və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin hüquqlarının müdafiəsi və onlara dəstək verilməsi məsələsində dünya ictimaiyyətinə vacib bir çağırış etdi. Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edildi. Bildirildi ki, COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edirlər. COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü böyük təəssürat bağışladı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri