Icma.az
close
up
RU
Deputat: Azərbaycan mənfi tendensiyalardan sığortalanıb

Deputat: Azərbaycan mənfi tendensiyalardan sığortalanıb

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə Azərbaycanın keçən müddət ərzində qazandığı iqtisadi və siyasi uğurları əks etdirir".

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, qlobal müstəvidə davam edən geopolitik rəqabət, Qərb və Şərq arasında münasibətlərdə yaşanan ziddiyyətlər dövlətlərin iqtisadi inkişafına öz mənfi təsirini göstərməkdədir:

"Xüsusilə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Yaxın Şərqdə baş verən hərbi-siyasi proseslər tədarük zəncirində ciddi axsamalara səbəb olmuşdur. 

Təbii ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün həmin mənfi təsirlər bizdən də yan keçmir.

Lakin dövlət rəhbərimiz İlham Əliyevin uzaqgörən və məqsədyönlü iqtisadi-siyasi islahatları nəticəsində ölkəmiz davamlı inkişaf yolu tutmuş, mənfi tendensiyalardan sığortalanmışdır.

Cənab Prezident İlham Əliyevin iqtisadi göstəricilərimizlə bağlı nikbin fikirləri onu deməyə əsas verir ki, qarşıya qoyulan bütün investisiya layihələri uğurla həyata keçirələcək və dinamik inkişaf meyilləri vətəndaşlarımızın sosial rifahının yüksəlməsinə xidmət edəcəkdir".

Deputat vurğulayıb ki, Ukraynanın Rusiya qazının Avropa bazarlarına çıxarılmasında tətbiq etdiyi maneə, “qoca qitə”nin enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artırır:

"Təsadüfi deyil ki, əksər dövlətlər, xüsusilə, Şərqi Avropa ölkələri Azərbaycan qazının nəqlini yeganə çıxış yolu kimi qəbul edir. Bununla yanaşı bərpa olunan enerji mənbələrinə diqqətin artırılması, işğaldan azad olunmuş ərazilərin enerji potensialının tətqiq edilməsi Azərbaycanın daha böyük perspektivlərdə inkişafını stimullaşdıracaq.

Bu istiqamətdə ölkənin müxtəlif bölgələrində ekoloji təmiz günəş enerjisinin istehsalı ilə əlaqədar həm yerli, həm də xarici investisiyaların cəlb edilməsi uğurlu iqtisadi diversifikasiyanı şərtləndirən başlıca amillər sırasında qərarlaşır". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri