Icma.az
close
up
RU
Azərbaycan bütün ölkələrlə quru sərhədlərini açır? AÇIQLAMA

Azərbaycan bütün ölkələrlə quru sərhədlərini açır? AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bu da cəmiyyətdə Azərbaycanın Gürcüstanla, eləcə də digər ölkələrlə quru sərhədlərinin açılması kimi başa düşülüb.
Amma qatar reyslərinin bərpası barədə iki dövlət arasında razılaşma əldə edilməsinə baxmayaraq xüsusi karantin rejiminin ölkə ərazisində ləğv edilməsi barədə hələlik hər hansı bir qərar qəbul edilməyib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan iqtisadçı Vüqar Oruc bildirib ki, burada əsas məsələ quru sərhədlərlə bağlı qərarın Nazirlər Kabineti tərəfindən verilməsidir.

“Quru sərhədləri Nazirlər Kabinetinin qərarı ilə bağlanıb və hər 6 aydan bir karantin dövrü artırılır. Qüvvədə olan karantin qərarı 26 iyulda yekunlaşacaq və ondan sonra müvafiq qərar olacaq ki, karantin rejimi aradan qaldırırsın, yoxsa davam eləsin. 

Hər hansı bir ölkə ilə sərhəddə qatarların gedişi və yaxud da digər nəqliyyat vasitələri ilə gediş barədə xüsusi qərar olacaqsa, bu, müvafiq qurumların qərarı ilə baş verə bilər. 
Hazırda ölkələrlə quru sərhədlərinin bağlı olması yalnız Nazirlər Kabinetinin karantinlə bağlı qərarı ilə əlaqəlidir. Həmin qərarın aradan qaldırılması və yaxud da karantinin dayandırılması təbii ki, həmin dövlət qurumunun səlahiyyəti daxilindədir. 

Sadəcə onu qeyd etmək olar ki, quru sərhədlərin açılması ölkə iqtisadiyyatına, turizmə, vətəndaşların turizm səyahətlərinin daha ucuz və optimal şəraitdə həyata keçirilməsinə dəstək ola bilər. 

Yəni bu istiqamətdə əgər digər ölkələrlə bağlı təhlükəsizlik baxımından hər hansı bir problem yoxdursa, qərarlar qəbul oluna bilər. Amma hazırda Nazirlər Kabinetinin karantin müddəti ilə bağlı qərarı qüvvədədir. Bunun üçün müvafiq dövlət qurumlarının konkret ayrıca qərar vermələri istisna deyil”.

Ekspert hesab edir ki, hazırda bütün həmsərhəd ölkələrlə olmasa da, Gürcüstan və Rusiya ilə sərhədlərin açılması ehtimalı daha mümkün görünür:

“Azərbaycanın İran, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistanla quru sərhədləri mövcuddur.

Fikrimcə, Rusiya və Gürcüstanla quru sərhədlərin açılması ehtimal olaraq digərlərindən daha çox real görünür. Çünki hazırda Ermənistanla sərhədin açılması yekun sülh müqavilasi bağlanarsa və müəyyən qərarların dövlət səviyyəsində qəbulundan sonra mümkün ola bilər.  Bütün bu məsələlər təbii ki, 26 iyuldə veriləcək qərardan sonra rəsmi şəkildə müzakirə edilə bilər. Çünki hazırda karantin müddəti hələ də davam edir. 
Gürcüstanla bağlı qərar quru sərhədlərin açılması kimi qəbul olunmamalıdır. Burada yalnız qatar vasitəsi ilə hərəkətin təmin olunmasından söhbət gedir”.

Qeyd edək ki, Gürcüstana qatar səfərlərinin bərpası ilə bağlı qərarı AR İqtisadiyyat Nazirliyi açıqlayıb.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 May 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri