Azərbaycan Quş Əti Assosiasiyası broyler qadağası iddialarına cavab verdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bir sıra qabaqcıl ölkələr insan sağlamlığına zərərli olduğu üçün broylerin istehlakını qadağan ediblər".
Bunu Baku TV-nin "Aktual Gündəm" verilişində biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev deyib.
Proqramda Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri (APEPEA) Mürvət Həsənli isə Əhəd Nəbiyevin fikrinə qarşı çıxıb.
"Dünyanın ən qabaqcıl ölkəsi ABŞ-dir. Burada ildə adambaşına 52 kiloqram toyuq əti istehlak olunur. Yaponiyada bu göstərici 14 kiloqram yarım, Rusiyada 26, Türkiyədə 26, Avropa ölkələrində isə 45 kiloqramdır. Dünyanın heç bir ölkəsində broyler qadağan olunmayıb. Sizin sahəniz qida mühəndisliyi və şərabçılıqdır, gedin, işinizlə məşğul olun", - Mürvət Həsənli söyləyib.
Azərbaycan Quş Əti Assosiasiyası broyler qadağası iddialarına cavab verdi
Baxış sayı:55
Bu xəbər 29 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















