Icma.az
close
up
RU
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası sahibkarlara çağırış etdi AzPolitika onlayn siyasiictimai qəzet

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası sahibkarlara çağırış etdi AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycanın ərzaq bazarında qida təhlükəsizliyinin təmin olunması ölkə rəhbərliyinin birbaşa diqqətində olan məsələlərdən biridir. Bu sahədə dövlətin iradəsinə qarşı olan prosesləri görən hər kəs onların önlənməsi üçün əlindən gələni etməyə borcludur.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu prinsipi əsas götürməklə həm ölkə ictimaiyyətinin, həm də əlaqədar dövlət qurumlarını diqqətini son aylarda müşahidə olunan təhlükəli bir prosesə cəlb etmək niyyətindədir.

Belə ki, 2024-cü ildən başlayaraq Azərbaycana xaricdən, xüsusilə də Rusiyadan toyuq ətinin idxalında artım müşahidə olunur. Ölkənin daxili tələbatının təmin olunması üçün xaricdən ərzaq mallarının, o cümlədən də toyuq ətinin idxalı təbii prosesdir, çünki yerli istehsal daxili tələbatı tam təmin etmək üçün yetərli deyil.

Lakin idxal olunan məhsulun keyfiyyəti Azərbaycanda qəbul olunmuş qida təhlükəsizliyi tələblərinə mütləq cavab verməlidir.

Dövlət Statistika Komitəsinin açıqladığı statistikadan aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana Rusiyadan 10 min 833,2 ton ev toyuğu əti idxal olunub. Sosial şəbəkələrdə yayılan və linkini press-relizə əlavə etdiyimiz rolikdən aydın olur ki, Rusiyadan gətirilən toyuq əti əsasən ana toyuqların ətidir. Hansı ki, həmin toyuqlar qocalaraq yumurta vermək potensialını itiriblər. Belə toyuqların əti çox keyfiyyətsiz, demək olar ki, bütün qida dəyərini itirmiş formadadır.

Bir faktı qeyd edək ki, ötən ilin əvvəlindən Rusiyada toyuq ətinin çatışmazlığı və qiymətlərin sürətlə bahalaşması baş verib. Nəticədə Rusiya hökuməti 100 min ton toyuq əti idxalını rüsumlardan tamamilə azad edib. Əgər Rusiyanın özündə toyuq əti qıtlığı yaşanırsa, idxa rüsumlardan azad olunursa, bu ölkədən normal qida dəyəri olan toyuq ətinin ixracına imkan verilə bilərmi? Yaxud normal toyuq ətinin qiyməti ixrac ölkəsi Rusiyada, Azərbaycanda qeydə alınan qiymətdən ikiqat ucuz ola bilərmi? Bütün bunları nəzərə alaraq, Azərbaycan istehlakçılarını diqqətli olmağa, əlaqədar dövlət qurumlarını isə keyfiyyətsiz məhsulların ölkəyə idxalının qarşısını almağa çağırırıq.

İctimaiyyətlə əlaqələr və analitika departamenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see119

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri