Icma.az
close
up
RU
Azərbaycan regional siyasətdə mərkəzi yer tutur Fuad Salayev “Tofiq Abbasovla Dialoq” verilişində VİDEO FOTO

Azərbaycan regional siyasətdə mərkəzi yer tutur Fuad Salayev “Tofiq Abbasovla Dialoq” verilişində VİDEO FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baku Network ekspert platformasında "Tofiq Abbasovla Dialoq" analitik videolayihəsinin növbəti buraxılışı çıxıb.

Trend xəbər verir ki, verilişin qonağı Azərbaycanın Xalq rəssamı Fuad Salayev olub. O, Qafqazın taleyi, xalqlar arasında dialoqun qurulmasında mədəniyyət və incəsənətin rolu, həmçinin Azərbaycanın müasir geosiyasətdəki yeri barədə fikirlərini bölüşüb.

F.Salayev vurğulayıb ki, əsrlər boyu Cənubi Qafqaz dünya güc mərkəzləri tərəfindən qeyri-sabit region kimi qəbul edilib:

"Bizim Qafqaz - kiçik, amma dünya gücləri üçün çox maraqlı regiondur. Onu tez-tez "qaynamaqda olan qazan" adlandırırlar. Məsələ ondadır ki, bu temperaturu necə azaltmaq olar ki, insanlar həqiqətən dinc yanaşı yaşamağa köklənsinlər".

Onun sözlərinə görə, mövcud ziddiyyətlərə baxmayaraq, birləşdirici amillər daha çoxdur. Bunlar - insan əlaqələri, ümumi mədəni irs və birgəyaşayış təcrübəsidir.

Rəssam yaradıcı insanların roluna ayrıca diqqət çəkib:
"İncəsənətin imkanları sonsuzdur. Rəssamlar, yazıçılar, musiqiçilər həmişə dövrün ruhunu əks etdirir və müasirlərini sülh haqqında düşünməyə sövq edirlər. Bəzən azərbaycanlı, erməni, gürcü və ya rus müəllifin əsərləri ovqat baxımından bir-birinə bənzəyir - çünki müharibə və nigarançılıqlar hamıya eyni dərəcədə təsir edir".

F.Salayev öz əsərlərini də yada salıb. Onların dərin fəlsəfi və tarixi simvolika daşıdığını vurğulayıb: bir milyondan çox azərbaycanlının qovulmasına həsr olunmuş "Rədd edilmişlər" heykəli və siyasi qeyri-sabitlik dövründə cəmiyyətin vəziyyətini əks etdirən "Süvarisiz döyüş atı".

Söhbətdə xüsusi yer tutan mövzulardan biri də geosiyasət və Azərbaycanın müasir rolu olub:
"Azərbaycan regiondakı proseslərə təsir göstərən mərkəzi ölkələrdən birinə çevrilib. Təkcə Zəngəzur dəhlizi ideyasını və Bakının Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsində rolunu xatırlatmaq kifayətdir".

F.Salayev qeyd edib ki, müharibədən sonra sülh müqaviləsinin təşəbbüskarı məhz Azərbaycan olub və Cənubi Qafqazda davamlı sülh ideyasını irəlilətməkdə davam edir.

Xalq rəssamı həmçinin xatırladıb ki, Bakı hər zaman çoxmillətli və çoxkonfessiyalı şəhər olub və qalmaqdadır:
"Bizdə həm erməni kilsəsi, həm rus pravoslav kilsəsi, həm katolik məbədi, həm də sinaqoqlar mövcuddur. Azərbaycanda heç vaxt din və ya millət zəminində düşmənçiliyə yer olmayıb".

Onun sözlərinə görə, bu, Azərbaycanın birgəyaşayış və tolerantlıq nümunəsi ola bildiyini sübut edir.

Söhbəti yekunlaşdıran Fuad Salayev vurğulayıb:
"Xeyirxah iradəli insanlar xaos yayanlardan qat-qat çoxdur. İnsanlara ümid vermək lazımdır. Uca məqsədlər həmişə birləşdirir".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri