Icma.az
close
up
RU
“İncəsənət divar hörmür, körpü salır” Eyyub Quliyev “Tofiq Abbasovla dialoq” verlişində VİDEO FOTO

“İncəsənət divar hörmür, körpü salır” Eyyub Quliyev “Tofiq Abbasovla dialoq” verlişində VİDEO FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik verlişinin yeni buraxılışı yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, verilişin bu dəfəki qonağı tanınmış dirijor, Azərbaycan Dövlət Akademik Teatr, Opera və Balet Teatrının musiqi rəhbəri , Azərbaycanın əməkdar artisti Eyyub Quliyev olub. Söhbət zamanı musiqi sənətinin peşəkar aspektləri ilə yanaşı, daha dərin mövzulara - məsələn mədəniyyətlərin qarşılıqlı əlaqəsi, siyasətin incəsənətə təsiri, həmçinin Azərbaycan musiqi ənənələrinin dünyada üstünlüyünün qavranılması ilə bağlı labüd bir prosesə toxunulub.

Müzakirələrin əsas aspektlərindən biri incəsənətin xalqlar arasında dialoqa nüfuzu olub.

Quliyev beynəlxalq musiqi aləmində azərbaycanlı ifaçılar və bəstəkarlara olan münasibətin tədricən dəyişməsi ilə bağlı müşahidələrini bölüşüb. O qeyd edib ki, buna qədər yalnış qənaətdə olan kəslər belə Azərbaycan musiqi məktəbinin üstünlüyünü qəbul etməyə məcburdurlar.

"Son zamanlar mən hiss edirəm ki, hətta əvvəllər bizə qarşı aqressiv köklənmiş həmkarlar belə, bunun fərqinə varırlar ki - fakta qarşı çıxmaq olmaz. Onlar Fikrət Əmirov, Qara Qarayev, Üzeyir Hacıbəyovun musiqilərinə qulaq asırlar və bunu qəbul etməyə məcburdurlar - bu böyük sənətdir. Onlar bunun əhəmiyyətini mübahisələndirə bilməzlər", - deyə maestro bildirib.

Bu, Fikrət Əmirovun "Min bir gecə" baletinin Omanda nümayişi zamanı özünü aydın şəkildə büruzə verdi. Layihədə müxtəlif ölkələrdən, o cümlədən Baltika teatr baletindən musiqiçilər iştirak edirdilər. Kollektivdə qonşu Ermənistanın nümayəndələrinin də yer alması gərginliyə səbəb olmadı, əksinə, peşəkar ehtiram üstün gəldi.

"Onlar bizim musiqiçilərin inanılmaz səviyyə nümayiş etdirdiyini, prestijli müsabiqələrdə və beynəlxalq quruluşlarda iştirak etdiklərini gördükdə, buna qarşı çıxmağın mümkünsüz olduğunu anlamış olurlar", - deyə Quliyev bildirib.

Maestro erməni tərəfinin nümayəndələrinin ifa olunan Azərbaycan musiqisini boykot etmək cəhdlərindən də söz açıb, ancaq bu kimi hallar bir daha onların Azərbaycanın real mədəni üstünlüyü qarşısındakı qorxularından xəbər verir.

"Bu yaxınlarda bir erməni musiqiçi Azərbaycan musiqisini ifa etməyəcəyini bildirərək, Sofiyada konsertdə iştirak etməkdən imtina etmişdi. Nəticədə bütün orkestr çıxış etməkdən imtina etdi. Onlar bəlli olan bir şeyi qəbul etməkdən qorxurlar", - o deyib.

Ancaq tam fərqli misallar da var - məsələn elə hallar olub ki, konsertdən sonra erməni musiqiçilər dirijora yaxınlaşaraq ondan Əmirov və Qarayevin əsərlərinin notlarını istəyiblər.

"Ümidvaram onlar həmin əsərləri özünkiləşdirmək niyyətində deyillər", - deyə maestro gülümsəyərək qeyd edib ki, amma təkcə onları musiqimizə maraq göstərməsi faktı özlüyündə çox şeydən xəbər verir.

Quliyev eyni zamanda, incəsənət sahəsinə siyasi təzyiqlərin olması probleminə də diqqət çəkib. O qeyd edib ki, bəzi ölkələr erməni lobbisini razı salmaq üçün azərbaycanlı artistlərə qarşı qeyri-peşəkar və ədalətsiz mövqe tuturlar:

"Biz hətta Azərbaycanı dəstəkləyən bəzi dövlətlərin birdən-birə mədəni ədalət yox, siyasi maraqların diktə etdiyi qərarlar qəbul etdiklərini görürük".

Onun sözlərinə görə, incəsənət siyasətdən kənarda qalmalıdır, ondan təzyiq aləti kimi istifadə etməklə bağlı istənilən cəhd əksinə gərginliyi artırmış olur.

"Musiqi bir işıqdır, xeyirdir, nəsillər arasındakı bağdır. İncəsənət divar hörmür, körpü salır".

Maestro Quliyev tarixi paralellərdən bəhs edərək, dünya müharibələri zamanı düşmən ölkələrin bir-birinin musiqilərini ifa etməkdən imtina etmələrini misal çəkib, amma müəyyən zaman keçdikdən sonra onlar bu yanaşmanın absurdluğunun fərqinə varıblar.

"Birinci dünya müharibəsi ərəfəsində Rusiyada daha Bethoveni ifa etmirdilər, Almaniyada isə Çaykovskini. Nəticə nə oldu? Bu gün bu maneələr yoxdur. İnsanların gözləri açılır".

O bildirib ki, zaman keçdikcə incəsənət istər-istəməz siyasi qarşıdurmalara qalib gəlir, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün isə hər iki tərəfin ictimai düşüncəsində dəyişikliyə ehtiyac var.

"Biz ədalətdən başqa heç nə tələb etmirik. Qərbi Azərbaycan İcması, bir ictimai təşkilat olaraq siyasi ultimatumlar irəli sürmür. Biz sadəcə ədalətli barışıq istəyirik".

Söhbətin sonunda maestro Azərbaycanın öz mədəniyyətini fəal şəkildə dünyada təbliğ etdiyini və bu istiqamətdə göstərilən fəaliyyətin nəzərəçarpan nəticələr verdiyini diqqətə çatdırıb.

O, "Min bir gecə" tamaşası kimi iri layihələrin beynəlxalq mədəniyyət aləmində Azərbaycanla bağlı yeni düşüncənin formalaşması üçün bir açar olacağına əminlik ifadə edib.

"Sən Qarayev, Əmirov, Hacıbəyovun musiqilərini ifa edəndə - onlarla işıq, sevinc, fəxarət duyursan. Millətin üzü elə budur", - o əlavə edib.

Maestro bu cür təşəbbüslərin davam etdiyini, incəsənətin isə insanların ayrılmasına yox, birləşməsinə vəsilə olacağına ümidini ifadə edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Mart 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri