Azərbaycan regionda sülh və əməkdaşlığı dəstəkləyir
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
“IV Şuşa Qlobal Media Forumu yalnız Qarabağın deyil, regionun və bir sıra məsələlər üzrə qlobal səsə çevrildi. Kifayət qədər ciddi və eyni zamanda zamanla bağlı strateji məsələlərin müzakirə olunması foruma diqqətin yüksəlməsinə gətirib çıxarır. Təbii ki, bu forumun ən böyük özəlliyi və xüsusi əhəmiyyəti məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin forumun açılışında iştirak etməsi xarici və yerli jurnalistlərin suallarını cavablandırmasıdır”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov XQ-yə açıqlamasında söyləyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev forumun açılış mərasimində kifayət qədər strateji məqamlara toxundu və eyni zamanda mövcud regional və qlobal məsələlərlə bağlı fikirlərini bölüşdü. Təbii ki, bir tərəfdən Azərbaycan regionda sülh və əməkdaşlığı dəstəkləyir və sülh gündəliyinə sadiq qalaraq Ermənistanla həm ticarət əlaqələrinin başlanması, o cümlədən yanacaq məhsullarının ixracı və eləcə də Azərbaycan üzərindən Ermənistana daşınan bütün yük yüklərilə bağlı məhdudiyyətlərin aradan qaldırılması birmənalı şəkildə Azərbaycanın xoşməramlı mövqeyini nümayiş etdirir. Və bu, bir daha təsdiqləyir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir, regionda əməkdaşlıqda maraqlıdır.
Cənab Prezidentin qeyd etdiyi kimi, regional sülh beynəlxalq yükdaşımalar, nəqliyyat dəhlizlərinin genişlənməsi baxımından çox vacibdir. Artıq bölgədə yeni düzən var və bu düzənin yaradıcısı təbii ki, Azərbaycandır. Və Azərbaycanın formalaşdırdığı düzən region üçün yeni inkişaf imkanları vəd edir. O baxımdan forum məhz regionun, yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə daha geniş anlamda coğrafiyada olan məsələlərin müzakirəsini təşkil edir və bu istiqamətdə fərqli mövqelər paylaşılır, təqdim olunur.
“Təbii ki, bu kontekstdən, və eyni zamanda təbii ki, forumun Qarabağda, Şuşada keçirilməsi də həm rəmzi, həm də strateji əhəmiyyət daşıyır. Çünki iştirakçılar uzun müddət işğal altında qalan Qarabağın yenidən qurulması və inkişafını da müşahidə edə bilirlər. Bu da təbii ki, həm də Azərbaycanın gücünü göstərir”,-deyə Vüqar Bayramov vurğulayıb.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 16 İyul 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















