Icma.az
close
up
RU
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Şakir Ağayev: “Rusiya ilə Azərbaycan arasında münasibətlərinin daha da gərginləşməsində maraqlı olan qüvvələr çalışır ki...”

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından güya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

Medianın İnkişafı Agentliyindən bildirilib ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə yaradılaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu saxta video-görüntülər ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, - məlumatda qeyd edilib.

Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunur ki, bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb. “Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanmış və uydurma iddiaların yer aldığı bu açıqlama ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”.

Qeyd edək ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir.

Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.

Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq.

Komissiya, həmçinin, görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir.

Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribatın məqsədi nədir? Bu saxta məlumat nə məqsədlə quraşdırıla bilər?

“Öz niyyətlərinin həyata keçməsində maraqlı olan qüvvələr mövcuddur”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, bu cür yalan, feyk xəbərlərin yayılması Azərbaycanın daxilində etimadsızlıq mühiti yaratmağa xidmət edir: “Kiber hücumlar daxildəki sabitliyi pozmağa yönəlib. Bu ona hesablanıb ki, ölkədəki idarəetmədə guya hansısa bir qarşıdurma, ayrıseçkilik var. Bu da yanlış rəy yaratmaq istəyən qüvvələrin işidir və əsasən xaricdəki qüvvələr, xarici mərkəzlərdən idarə olunan hakerlər tərəfindən həyata keçirilir. Bu, ölkənin daxili və xarici siyasətinə təsir etmək məqsədi daşıyır. Azərbaycanda məhz bununla bağlı olaraq bu cür feyk informasiyaların qarşısını almaq məqsədilə yeni bir komissiya yaradılıb. Söhbət kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yaradılan komissiyadan gedir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub. Bu komissiyanın yaradılmasında məqsəd feyk məlumatların, bu cür təxribatların qarşısının alınmasıdır”.

Ş.Ağayev qeyd etdi ki, maraqlı kənar qüvvələrin təxribatlarının bu şəkildə qarşısının alınması əsas hədəflərdəndir. “Azərbaycanın rəsmi şəxslərinin adından Rusiya ilə bağlı feyk xəbərlərin quraşdırılması da düşünülmüş sürətdə edilən bir işdir. Təbii, bu yalan məlumatlardır.

Heç kəsə sirr deyil ki, bu gün Rusiya ilə Azərbaycan arasında siyasi arenada gərginlik var və bu gərginliyin artmasında maraqlı qüvvələr yox deyil. Azərbaycanı Rusiyaya, Rusiyanı da Azərbaycana qarşı qoymaq istəyən həm daxildə, həm də regiondan kənar qüvvələr var ki, bu ekskalasiyanın dərinlışməsində maraqlıdırlar. Rusiya ilə Azərbaycan arasında münasibətlərinin daha da gərginləşməsində maraqlı olan qüvvələr çalışır ki, vəziyyət daha da pisləşsin, daha da ağırlaşsın, çatlar daha genişlənsin. Burda başqa məqsəd yoxdur. Belə vəziyyətdən istifadə edib öz niyyətlərinin həyata keçməsində maraqlı olan qüvvələr mövcuddur. Sözsüz ki, bu onların maraqlarındadır”-deyə Ş.Ağayev bildirdi.

İradə SARIYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 İyul 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see275

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see250

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see209

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see146

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see145

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see133

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri