Icma.az
close
up
RU
Türkiyəyə qarşı təhdidlər artır: məqsəd nədir?

Türkiyəyə qarşı təhdidlər artır: məqsəd nədir?

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar Türkiyəyə qarşı təhdidlər artıb. İstər Suriyada Türkiyəni təhdid edən faktorların güclənməsi, istər Qara dənizdə Türkiyəyə məxsus gəmilərin hədəf alınması və digər məsələlər düşündürücüdür.

Bir neçə gün öncə isə Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə, daha sonra isə Balıkesir vilayətinin Manyas rayonuna pilotsuz uçuş aparatı (PUA) düşüb. PUA-ların Rusiyaya məxsus olduğu ehtimalları irəli sürülüb.

“Xalq Cəbhəsi” mövzunu ekspertlərlə müzakirə edib.

“Bu hərəkətlər mesaj xarakteri daşıya bilər”

Politoloq Oqtay Qasımov qeyd edib ki, Rusiya-Ukrayna savaşı qonşu ölkələrə də müəyyən təhdidlər yaradır: “Xüsusilə də son dönəmlər biz sentyabr-oktyabr aylarında Rusiya PUA-larının Avropanın müxtəlif ölkələrində, həm Baltikyanı ölkələrdə, həm Polşada, Rumıniyada, Almaniyada, Danimarka səmalarında olduğunu gördük. Bunun Rusiya tərəfindən bu ölkələrə həm də müəyyən mesaj xarakteri daşıması ilə bağlı düşüncələr var. Dekabr ayında isə biz Türkiyə dəniz sularında Rusiyaya məxsus iki kölgə donanma gəmisinin vurulduğunun şahidi olduq. Bundan başqa Rusiyaya məxsus olduğu ehtimal olunan PUA-ların Türkiyə ərazisində vurulmasını gördük. Əlbəttə ki, Rusiya bunu çox müxtəlif formalarda izah etməyə çalışsa da, bir formada müəyyən qədər diqqəti yayındırmaq və eyni zamanda, düşünürəm ki, bu hərəkətlər Ukraynaya dəstək verən ölkələrə müəyyən mesaj xarakteri də daşıya bilər”.

“Türkiyə operativ şəkildə PUA-ları zərərsizləşdirdi”

Politoloq bu addımları təsadüfi hesab etmir: “Türkiyə digərlərindən fərqli olaraq dərhal operativ şəkildə həmin PUA-ları zərərsizləşdirdi və özünün hava hücumundan müdafiə sistemlərinin effektivliyini də nümayiş etdirdi. Əlbəttə ki, Rusiya tərəfindən maraq ondan ibarətdir ki, bu savaş daha fərqli coğrafiyaları əhatə etsin. Bu, həm də Rusiya tərəfindən qonşu dövlətlərə bir mesaj xarakteri də daşıya bilər. Yəni keçmiş Rusiya imperiyasının ənənələrinə sadiq olaraq Rusiya qonşu dövlətlərə təzyiq alətlərini əlində saxlamaq üçün məhz bu cür təxribatçı addımlara gedir”.

“Türkiyənin bu prosesdə olacağı real deyil”

O.Qasımov Türkiyənin bu proseslərə qoşulub-qoşulmaması ilə bağlı bildirib ki, Türkiyənin bu proseslərə qoşulmaq niyyəti yoxdur: “Türkiyə Rusiya-Ukrayna savaşında aktiv vasitəçilik mövqeyi ilə seçilən bir ölkədir və tərəflərlə normal münasibətləri olan çox azsaylı ölkələrdən biridir. Türkiyə bu iki tərəf arasında sülhün əldə olunması üçün yetəri qədər addımlar atıb. Türkiyəni bu prosesə cəlb etmək, əslində, cəlb edən tərəfə heç də fayda gətirəcəyini düşünmürəm. Həmçinin düşünmürəm ki, bu cür addımlar Rusiya tərəfindən gələcəkdə genişmiqyaslı toqquşmalar üçün planlaşdırılan bir addımdır. Sadəcə olaraq bunlar müəyyən mesaj xarakteri daşıya bilər, amma qarşıdakı dönəmdə Türkiyənin bu prosesdə olacağı real deyil”.

“Rusiyanın niyyəti Türkiyəni müharibəyə cəlb etməkdir”

Siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın davamlı şəkildə Türkiyəyə PUA-lar göndərməsi artıq adət halını alıb: “Bu, onu göstərir ki, Rusiyanın əsas niyyətlərindən biri məhz Türkiyəni müharibəyə cəlb etməkdir və Rusiyada Türkiyədə vəziyyəti gərginləşdirmək istiqamətində adımların atılmasını istəyən qüvvələr var. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi onu üzə çıxardı ki, Rusiyanın idarə etməsində çox ciddi şəkildə problemlər var. Xüsusilə də hərbi idarəetmədə. Çünki hərbi idarəetmə sahəsində Kremlə çox da tabe olmayan hərbçi korpusu fəaliyyət göstərir. O da öz-özlüyündə müxtəlif bu cür təxribatların baş verməsinə zəmin hazırlayır. Yəni faktiki olaraq Rusiya ordusunda müxtəlif cür təxribatlar həyata keçirərək digər ölkələri prosesə cəlb etmək istəyən qüvvələr var”.

“Təxribatlar davam edə bilər”

Z.Əmrəliyev diqqətə çatdırıb ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik missiyasını həyata keçirməsi görünür ki, Rusiyada olan bəzilərini narahat edir və məhz bu prosesə mane olmaq üçün bu cür təxribatlar həyata keçirilir: “Rusiya tərəfindən Türkiyə ərazisinə artıq ikinci PUA göndərilib. Bu, Moskvada oturan bəzi qüvvələrin Rusiya əleyhinə təbliğatından başqa bir şey deyil. Faktiki olaraq Rusiyanın siyasətində təbliğat həyata keçirilir və eyni zamanda Kremlin bu missiyanı həyata keçirməsi digər məsələlərlə də bağlıdır. Məsələn, Rusiyanın daxilində türk düşmənçiliyini həvəsləndirən və türklərə kəskin şəkildə nifrət bəsləyən qruplar növcuddur. Bu, onunla da bağlı ola bilər. Ancaq mənim ehtimalım budur ki, Rusiya daxilində iki ölkə arasında vasitəçilik missiyasından məmnun olmayan qüvvələr var və onlar Türkiyəni heç də vasitəçi kimi qəbul etmək istəmirlər. Buna görə də aktiv şəkildə bu cür təxribatlar həyata keçirirlər. Ehtimal ki, bu təxribatlar davam edə bilər”.

“Reaksiyaların ölçülməsi məqsədi daşıya bilər”

Siyasi şərhçi Alim Nəsirov qeyd edib ki, ötən günlərdə Türkiyə ərazisinə pilotsuz uçuş aparatlarının düşməsi təbii olaraq suallar doğurur: “PUA-ların Rusiya mənşəli olması ehtimalı məsələyə sırf texniki insident kimi yox, daha geniş geosiyasi kontekstlə yanaşmağı zəruri edir. Belə hallarda əsas məqam hadisənin məqsədli olub-olmamasıdır: yəni bu, idarəetmədən çıxmış texniki hadisədirmi, yoxsa siyasi mesaj daşıyan planlı addımdır? Hazırkı regional və qlobal gərginlik fonunda bu cür insidentlərin təxribat xarakteri daşıması ehtimalını tam istisna etmək çətindir. Xüsusilə Rusiya–Qərb qarşıdurmasının dərinləşdiyi, Ukrayna müharibəsinin yeni mərhələlərə keçdiyi bir şəraitdə NATO üzvü olan Türkiyənin ərazisində baş verən hər hansı hərbi-texniki hadisə avtomatik olaraq daha həssas qəbul edilir. Bu cür PUA hadisələri bəzən tərəflər arasında “səbr testi”, bəzən də reaksiyaların ölçülməsi məqsədi daşıya bilər”.

“Belə hadisələr diqqətlə araşdırılmalıdır”

A.Nəsirovun sözlərinə görə, digər tərəfdən, Türkiyə ilə Rusiya arasında mövcud olan mürəkkəb, lakin balanslaşdırılmış münasibətlər də nəzərə alınmalıdır: “Enerji, ticarət və regional təhlükəsizlik məsələlərində əməkdaşlıq edən tərəflər üçün açıq təxribat rasional seçim kimi görünmür. Buna görə də ehtimal variantları arasında texniki nasazlıq, istiqamət azması və ya dolayı eskalasiya ssenariləri daha real görünür. Ancaq istənilən halda, belə hadisələr diqqətlə araşdırılmalı və regional sabitliyə risk yaradan presedentə çevrilməsinə imkan verilməməlidir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri